Əməkdar artist Lalə Məmmədova izləyicilərinin suallarını cavablandırıb.
Axşam.az xəbər verir ki, müğənni ona ünvanlanan "Sizə şəxsi həyatınızla bağlı suallar veriləndə əsəbləşmirsiniz" sualına sərt reaksiya verib. Məmmədova bildirib ki, belə sualları sevmir:
"Etik çərçivələri aşanda əsəbiləşirəm. Məsələn, həyatınızda kimsə var? Mənə görə qadına verilən ən qeyri-etik sualdır. Sənət adamı olsa belə".