“Röyaya salam vermirəm, salamını da almıram”
Tarix: 2-04-2014, 13:17 |
Çap et
Müğənni Niyam Səlami ötən gün yayımlanan “Şou+” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, sənətçi müğənni Röya ilə aralarında olan küsülülüyə aydınlıq gətirib:
“Röya ilə ciddi davamız olmayıb. İnciklik var, indi danışmırıq. Röyaya salam vermirəm, salamını da almıram. Bəziləri deyir ki, guya mən Aygün Kazımova ilə yaxın olduğum üçün Röya məndən inciyib. Amma bu, yalandır. Heç bir müğənni məni sığortalamayıb. Röya da deyə bilməz ki, sən mənlə dostsan, heç kimlə salamlaşma. Hər bir dost arasında belə inciklik ola bilər. Ailədə də söz-söhbətlər yaşanır. Tezliklə münasibətimiz yoluna düşəcək”.