Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                     “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” .....                     Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                     Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib .....                     Şirvanda 'qara maskalılar' hər an görünə bilər .....                     "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi .....                     Silah buraxıldı, təşkilat bitdimi? .....                     “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                     Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                 

“Niyə Qarabağ müharibəsi haqqında çəkilən filmə Müdafiə Nazirliyi pul vermir?” - Aqil Abbasdan ETİRAZ
Tarix: 6-09-2024, 10:06 | Çap et
“Niyə Qarabağ müharibəsi haqqında çəkilən filmə Müdafiə Nazirliyi pul vermir?”
İtaliyada 81-ci Venesiya Film Festivalı keçirilir.

Venesiyanın Lido adasında gerçəkləşən dünyanın ən qocaman beynəlxalq film festivalında Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) rəhbərliyi də iştirak edir.

İkinci Qarabağ müharibəsi haqqında rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və rejissor Şamil Əliyevin XX əsr Azərbaycan memarlığından bəhs edən “Yaradanlar” filmləri festival çərçivəsində nümayiş olunub. Görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda “Yaradanlar” filmində mərhum prezident Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq, onların yaşayıb-yaratması üçün xidmətləri və memarlığın inkişafına göstərdiyi qayğı əks olunub.

Bundan başqa, festival gedişində ARKA-nın keçirdiyi müsabiqədə qalib olmuş layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb edilməsi ilə bağlı təqdimatlar da reallaşıb. Rejissor İlqar Nəcəfin “Quşlar susanda” film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə çəkiləcək digər film layihələri də xarici prodüserlərə təqdim olunub.

Venesiya Film Festivalı ekran əsərlərinin birgə istehsalı baxımından xarici şirkətlər və prodüserlərlə təmaslar qurmaq baxımından olduqca əhəmiyyətli platformadır.

Qeyd edək ki, vaxtilə bu nüfuzlu festivalın tarixində azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də əsas müsabiqə proqramında yer alıb. Xatırladaq ki, avqustun 28-dən start götürən festival sentyabrın 7-dək davam edəcək.

Emin Əfəndiyevin 52 dəqiqəlik “Tənha insanın monoloqu” filminin premyerası ötən ay Milli Kino Günündə keçirilib. Filmdə klassik ata-oğul əhvalatı əks olunur. Birinci Qarabağ müharibəsi qazisi olan ata kontuziya alıb, əsirlikdə olub, əsəbləri korlanıb. Qayğıkeş, sevgi dolu atanı müharibə sərtləşdirərək tamam başqa bir adama çevirib. Ata və oğul arasında yaranan konfliktlərin səbəbləri arasında mental, patriarxal faktorlar var, amma ümumilikdə, bir ailənin dağılmasının səbəbkarı atanın müharibədə aldığı psixoloji yaralardır.

İkinci Qarabağ müharibəsinə çağırılan oğul yataq xəstəsi, nitq qabiliyyətini demək olar ki, itirmiş, sözləri yarımçıq deyən atanı həkimin məsləhəti ilə qocalar evinə qoymağı planlaşdırır. Ata isə qocalar evində yaşamaq istəmir, ölümü seçir. Yeməkdən, dərmandan imtina edir və beləcə, oğulu öz yükündən azad edir ki, müharibədə ikən ondan nigaran qalmasın.

“Qısametrajlı da olsa İkinci Qarabağ müharibəsi haqqında olan filmin Venesiya Festivalında nümayiş olunması sevindirici haldır və bu, milli kinomuzun uğurudur. Buna görə filmin rejissoruna, həmçinin bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm”. Bu sözləri millət vəkili, yazıçı, jurnalist Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən deyib. Aqil Abbas həmçinin qeyd edib ki, özü də İkinci Qarabağ müharibəsi haqqında ssenari yazıb: “Ssenarini artıq təhvil vermişəm. İndi bəyənib, nə zaman film çəkəcəklər, bu artıq məndən asılı məsələ deyil. Ümumiyyətlə, kinonun böyük auditoriyası var. Bir əsər yazanda onu maksimum 50 min adam oxuyar, amma yaxşı bir film çəksən, ona milyarda yaxın adam baxa bilər. Çünki müxtəlif televiziyalarda nümayiş olunur, festivallara çıxır və sairə.

Bu baxımdan, İkinci Qarabağ müharibəsinin həqiqətləri, Azərbaycanın qələbəsi, igid oğullarımız necə döyüşüb, hansı çətinliklərdən keçmişik, bütün bunların dünyada nümayişinə böyük ehtiyac var. Niyə “Rembo”ya və yaxud digər xarici filmlərə baxmalıyıq? Qəhrəmanlıq haqqında öz filmlərimiz olmalıdır və dünya bizə baxmalıdır. O ki qaldı dünyanı özünə cəlb edə biləcək filmlər çəkə biləcəyimizə, hesab edirəm ki, buna hələ var. Doğrudur, bu məsələdə dövlətin böyük dəstəyinə ehtiyac var, amma gəlin baxaq görək, nə qədər özəl şirkətlərimiz var. Onların arasında milyonlar deyil, milyardlar qazananlar da var. Həmin şirkətlər sanballı filmlər çəkilməsinə dəstək ola bilərlər. Və yaxud niyə Qarabağ müharibəsi haqqında çəkilən filmə Müdafiə Nazirliyi pul vermir? Biz görürük ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi öz filmlərini çəkir, eləcə də Müdafiə Nazirliyi də Qarabağ müharibəsi haqqında çəkilən filmi maliyyələşdirə bilər".

Kinotənqidçi Sevda Sultanova isə deyir ki, Kino Agentliyinin rəsmi facebook səhifəsində, həmçinin saytlarda festivalda iştirakla bağlı yayılan informasiyada manipulyativ məqamlar var: ""Azərbaycan kinosu tarixində ilk dəfə olaraq, festivalda iki film nümayiş olunub. Bunlar İkinci Qarabağ müharibəsinə həsr olunmuş rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və XX əsr Azərbaycan memarlığını əks etdirən rejissor Şamil Əliyevin “Yaradanlar” filmləridir". Birinci cümlədəki “Azərbaycan kinosu tarixində ilk dəfə olaraq” hissəsi oxucuları və festivallar haqda detallı bilgiləri olmayan saytları asanlıqla tələyə salır. Təsəvvür yaranır ki, Azərbaycan ilk dəfə Venesiya festivalında iştirak edir və hər iki film festivalın hansısa mühüm proqramında iştirak edir. Hətta bəzi saytlarda məlumat belə başlıqla yayılıb: “Filmlərimiz ilk dəfə Venesiya festivalında”.

Venesiya festivalında əsas müsabiqə, horizontlar, qısametrajlı filmlər müsabiqəsi, müsabiqədənkənar baxış, Venesiya klassikası, Sconfini və digər proqramlar var. Bəs bizim filmlər hansı proqramdadır? Təbii ki, əsas müsabiqədə, horizontlarda, hətta qısametrajlı film müsabiqəsində də yoxdur. Çox güman ki, sadəcə, müsabiqədənkənar nümayiş olub. Amma bu məlumat belə dəqiq deyil. Bəlkə heç nümayiş də olmayıb. ARKA-nın rəsmi səhifəsində isə belə yazılır: “Festivalda Azərbaycan kinosu tarixində ilk dəfə olaraq üç film təqdim olunub”. Yenə “ilk dəfə” sözü manipulyativ xarakter daşıyır. Və hansı üç filmdən söhbət gedir? Məlumatda daha sonra yazılır: “Festival çərçivəsində ARKA-nın təşkil etdiyi müsabiqədə qalib gələn layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb olunması məqsədilə təqdimatlar da keçirilib. Rejissor İlqar Nəcəfin "Quşlar susanda" film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək digər film layihələri də xarici prodüserlərə təqdim edilib". Hansı prodüserlərlə görüş olub? Bu barədə də heç bir məlumat verilmir.

Azərbaycan kino tarixində ilk dəfə Elçin Musaoğlunun “Nabat”ı bu festivalın horizontlar proqramında göstərilib. Daha sonra yenə də ilk dəfə Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” (müştərək layihədir) Venesiya festivalının əsas müsabiqəsinə düşüb. Amma ARKA-nın Facebook səhifəsində bu faktlar qeyd olunmur. Daha bir məsələ, xatırladım ki, 2003-cü ildə Murad İbrahimbəyovun “Neft” filmi (Azərbaycan, Rusiya) Venesiya kinsofestivalında “Ən yaxşı qısametrajlı film”ə görə “Gümüş Şir” mükafatını alıb".

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru