Röya şərikini aldatdığından ona qadağa qoyuldu - QALMAQAL
Tarix: 28-04-2014, 08:42 |
Çap et
Tanınmış müğənni Röya Ayxan bundan sonra iri tutumlu konsert salonlarında oxuya bilməyəcək. Bu barədə JAM.AZ-a verilən məlumata görə, buna səbəb müğənninin geyim tərzində vulqarlığa üstünlük verməsi və bəzi prosedurlara riyayət etməməsidir.
Mənbə bildirir ki, əslində, bunlar bəhanədir. Məsələnin əsas səbəbi isə Röyanın adının bir qalmaqala qarışmasıdır.
JAM.AZ-a verilən məlumatda deyilir ki, müğənnin bir müddət əvvəl bir biznes işində ortaq kimi çıxış edib. Həmin biznes sayəsində bir qədər pul əldə edildikdən sonra müğənninin nəfsi onu aldadıb və o, yaradılmış şirkəti ələ keçirmək istəyib. Amma şəriklərindən birinin heç də kiçik adam olmaması onun arzusunu reallaşdırmağa imkan verməyib. Nəticədə onunla bağlı tədbir görülməsi qərarı verilib. Və ona konsert verməsi qadağan edilib.
Hazırkı sponsoruna isə qəti tapşırıq verilib ki, ona hər hansı bir yardım göstərməsin.