Xalq artisti Brilliant Dadaşova yeniliklərindən danışıb.
Axşam.az xəbər verir ki, müğənni “Onlar” verilişinə açıqlamasında səsinin Ankara televiziyasında qızıl fonda yazıldığını bildirib:
“Ankarada televiziyasına dəvət olundum. Səsimi qızıl fonda yazdılar. Orada Azərbaycandan yalnız Zeynəb Xanlarovanın səsi var idi. İkinci isə mən oldum”.
“Yoruldum” mahnısından söz açan B.Dadaşova onun sosial şəbəkədə rekord qırdığını deyib:
“Mahnı bir gün ərzində 35 min dəfə izləndi. Böyük maraqla qarşılandı".
Xalq artisti haqqında gəzən qalmaqallara isə belə cavab verib:
“Kim nə istəyir desin. İnsanların ağzını yuma bilmərəm. Kimin düşüncəsi nə yerdədirsə, o cür də danışacaq”.