“Məmurlar indi özləri cəza çəkirlər” - Əməkdar artist
Tarix: 9-05-2014, 11:17 | Çap et
DİA.AZ əməkdar artist Firuzə İbadovanın “Qafqazinfo”ya müsahibəsini təqdim edir.
- Firuzə xanım, nə kimi yenilikləriniz var?
- May ayında təxminən 15-ə yaxın oxuduğum mahnını yenidən ifa edəcəyəm. Yəni, bu mahnıları artıq sizlər yeni səsdə və yeni orenjomanda eşidəcəksiniz. Bununla həm də məni sevənlərə sübut etmək istəyirəm ki, əsil səs qocalmır. Ustadım Şövkət Ələkbərova illərlə oxudu, lakin səsi dəyişmədi, insanların qəlbinə daha da yol açdı.
- Qoqoşun mahnıları sizə çox uğur gətirdi. Niyə onları davamlı olaraq ifa etmədiniz?
- Bəli , o mahnılar çox uğurla qarşılandı. Hətta rejissor Nail Naiboğlu mənim ifamdakı bu mahnıya klip çəkdirib Qoqoşa göndərmişdi. Eşitdiyimə görə onlar tərəfindən mənim ifam rəğbətlə qarşılanıb. Sadəcə bu mahnıları silsilə olaraq oxumaq və klip çəkdirmək üçün maddi vəsaitim yoxdur. Mən “Mazandaran pələngi” filmindən “Kor qızın” mahnısını da ifa etmişəm. Bu mahni da, maddiyyat ucbatından işıq üzü görə bilmir. Əgər klip çəkdirib onu yayımlamaq üçün telekanallara versəm, aləmi kim dolandıracaq?!
- Deyilənə görə müğənnilər ayın demək olar ki, bütün günləri toydadırlar. Bir sözlə eşitdikləmizdən belə qənaətə gəlmək olar ki, bu sənətdə olan insanlar heç də kasıb deyillər. Siz necə deyərdiz?
- Qoy kənardan o cür səslənsin. Qoy xalqımız elə bilsin ki, onların müğənniləri yaxşı yaşayır. Çox vaxt müğənnilər özləri də bu cür fikirlərin yaranmasına şərait yaradır, yalan danışırlar.
- Əslində necədir?
- Əslində mən buyam. Həqiqəti söyləmək lazımdır. Bəzi müğənnilər deyir ki, villada yaşayıram, neçə yerdə evim, neçə maşınım var.Axı belə deyil. Müğənnilərin demək olar ki, 70%- nin borcu var.
- Sizdə necədi?
- Şikayətlənməyi sevmirəm. Şayələr yayıldı ki, kirayədə yaşayıram. Xeyir, bu kirayə ev deyil. Bu mənzili almışam. Sadəcə maddi durumum yaxşı olmadığı üçün aldığım bu evin pulunu tam ödəyə bilməmişəm. Mən anayam. Övladım, nəvəm var, anamın qulluğunda durmalıyam. Həm də sənətkaram. Müğənni kimi tamaşaçı qarşısına qəşəng libaslarda çıxmalıyam. Qəlbim ağlasa da, üzüm gülməlidir.
- Bir qadın üçün ailənin bütün problemlərini öz üzərinə götürmək, sənətdə olan problemləri daşımaq, xəstəliklə üz-üzə qalmaq və tamaşaçı qarşısına gülərüz çıxmaq çətin deyilki?
- Çox çətindir. Inanın ki, bəzən rol oynamaq məcburiyyətində qalıram. Məni yıxırlar, qalxıram ayağa. Artıq ayaqlarım ağrayır, oturmaq istəyirəm. Firuzə İbadova olaraq oturacağım bir yer var. Sadəcə indi o stul yoxdu, sınıb. Lakin yenə də, çətin olsa da, ayaq üstə dayanıram. Nə qədər canımda can var, həmişəki kimi dövlət tədbirlərində, konsertlərdə, el şənliklərində öndə olacağam. Nə qədər gücüm var, sənətimdə varam.
- Bacınız Rəhilə xanım artıq həbsxanadan çıxıb. Onun da yükü sizin üzərinizdədir…
- Bəli. Sadəcə bir şeylə sakitləşirəm. Bacımı səbəbsiz olaraq cəzaçəkmə müəssisəsinə göndərən məmurlar indi özləri cəza çəkirlər. Mənim bacım günahsız idi. Onun alnı açıqdır. Mən də buna görə utanmadım. Sona qədər onun arxasınca getdim. Bilirdim ki, haq yerini tapacaq.
- Rəhilə İbadova yenidən sənətə qayidacaq?
- Təkliflər gəlsə də, hələlik bu barədə düşünür. Rəhilə çox gözəl sənətkardır. Həyatının 38 ilini sənətə həsr edib.
Üzümü bayaqdan bəri söhbətimizi diqqətlə dinləyən Firuzə xanımın anası Hökümə xanıma tutdum:
- Hökümə xanım, Firuzə xanım necə övladdır? Təbii ki, heç bir ana övladını pisləməz. Gəlin səmimi olaq.
- Yox, yox, qızım, mən elə anayam ki, əgər övladım pis olarsa, haqqına danışaram. Firuzə mənim doğurdan da xanım qızımdı. Xanımlığa layiqdir. O mənim hər şeyimdir. Həyatımdır. Canımın yaraşığıdır. Firuzədən də, qızı Hülyadan da yerdən göyə qədər razıyam.
- Firuzə xanımın uşaqlığı necə keçib? Ərköyün olmayıb ki?
- O qədər sakit qız idi ki, ondan “yemək istəyirsən” soruşanda çiyinlərini çəkərdi. Yəni, “versən yeyərəm , verməsən yox” . Qətiyyən ərköyün olmayıb. Böyük bacısına paltar alanda deməzdi ki, “mənə də al”. Amma qəribə baxışlarla baxardı. Hiss edirdim ki, o da istəyir, lakin dilinə gətirmir. Baxışlardan nə demək istədiyini başa düşürdüm. Deyirdim “qızım, o, səndən böyükdü axı”.
- Artıq illər keçdi. Balaca Firuzə böyüdü. Nə dəyişdi? - Firuzə məktəbdə dərslərini yaxşı oxuyurdu. Əfsər Cavanşirovun “Bənövşə” uşaq xoruna gedirdi. Daha sonra “Lalə” qızlar ansamblına dəvət aldı. Filarmoniyada onun konsertinə gedirdik. Mən böyük qürur hissi ilə Firuzəni dinləyirdim. Böyük oğlum isə bir qədər qisqanclıq göstərib “ondan oxuyan olmayacaq” deyirdi. Mən də ona acıqlanırdım.
- Hökümə xanım, deyirsiniz ki, Firuzə xanım uşaqlıqdan sakit, əlaçı olub. Bir çox uğurlar qazanıb. Sənətdə daim irəliləyib. Sizcə niyə onun taleyi uğursuz oldu?
- Tale tanrının yazısıdır. Bu mənim əlimdə olan iş deyil. Şükürlər olsun, ağıllı qızı, şirin –şəkər nəvəsi var.
- Amma hər halda həmişə bir ana olaraq arzulamısız ki, qızımın taleyi gözəl olsun…
- Təbii ki, hər bir ana kimi bu mənim də arzum idi. Əlimdə olan nə var idi ki, həyatdı da …
- Taleyinizin uğursuzluğunda xasiyyətiniz rol oynamadı ki?
- Bəli, xasiyyətim rol oynadı. Üzüyolayam, heç kimin qəlbinə dəyməmişəm. Əvvəllər çox səbilri olduğum üçün hətta özüm-özümə qibtə edirdim. Daxili mədəniyyətim zəngindir. Sən demə bütün bunlar çox da lazım deyilmiş. Bu dünya yalan üzərində qurulub. Çox təəsüf indiki zamanda mənim kimi insanlar üçün çox çətindir.
- Gəncliyinizdə gələcək ailənizi necə görürdüz? Nə xəyallar edirdiz?
- Həmişə düşünürdüm ki, gözəl ailəm olacaq. Həyat yoldaşımın qulluğunda dayanacağam. Çünki öz xasiyyətimə güvənirdim. 4 uşaq arzusundaydım.
- Bəs nə oldu? Niyə o xəyallarınız gerçəkləşmədi?
- Xasiyyətimə görə. Bu sənətdə gərək yırtıcı olasan . Qarşına çıxanı parçalayasan. Bu xasiyyətimlə nə ailəmdə, nə də sənətimdə uğur qazana bildim.
- Sizin haqqınızda belə deyirlər: çox üzüyola, fağır, sakitdi. Ananız da qeyd elədi ki, uşaqlıqdan belə böyümüsüz. Bu xüsusiyytlər həyatla mübarizədə mane oldu?!
- Bəli mən mübarizə eləməyə qadir insan deyiləm. Bilirəm ki, haqlıyam, lakin qarşımdakı haqsızlığa yol verərkən üsyan edə bilmirəm. Susuram. Və bütün bunlar da sağlamlığıma təsirini göstərir.
- Xəstəliyinizin kökündə nə dayanır?
- Aldadılmağım. Etibar etdiyim tanışlarımdan xəyanət gördüm. Nəticə də evim, qızıllarım getdi …
-2010-cu ildə nə baş verdi ? - 2010-cu ilin oktyabr ayında böyük bir stresdən sonra vəziyyətim dəyişdi. “3-cü sinir üz farezi” diaqnozu ilə xəstəxanaya yerləşdirildim. Danişa bilmirdim. Hətta mənim üçün nitq danişığından müəllim də tutmuşdular. Sağ tərəfim demək olar ki, yatmışdı. Azərbaycanda, İranda çox savadlı həkimlər məni müalicə etdilər. Mütəmadi olaraq həkim Hikmət Qarayevin və Əlişir Vəliyevin nəzarəti altındayam. Hətta bir il öncə kliniki ölüm də keçirdim. Bu, çəkiliş vaxtı bir çox müğənnilərin qarşısında baş verdi.
Bu da taleyin bir qisməti idi. Mən xanımların sırasında bəlkə də ən zənginiyəm. Istər maddi, istər mənəvi cəhətdən. Həyat belə gətirdi. Ətrafımda olan nadan insanlar məni bu vəziyyətə saldılar. Tezliklə sübut edəcəyəm ki, Firuzə İbadovayam.
- Sizcə gecikməmisiz ki? Axı yırtıcılar səhnəni alıb. Sizə xəyanət edən nankorlar yenə ətrafınızda dolaşmaqdadır…
- Yox, qoy dolaşsınlar. Mən sənətimlə hər şeyi sübut edəcəm.
- Söhbətinizdən belə başa düşdüm ki, böyük bir hazırlıq gedir?!
- Bəli.
- Hökümə xanım, Firuzə xanım çox sakit, hamıya inanan olsa da, siz onun tam əksinəsiz. Siz daha hökümlü, sözünü deyə bilən insansız. Olubmu ki, qızınıza qarşı olan haqsızlığa görə mübarizə aparasız. “Bəsdi mənim qızıma xəyanət etdiz” , - demisiz?
- Yox, mən bunu eləmərəm. Çünki o zaman qızıma hörmətsizlik etmiş olaram. Mən həmişə deyirəm ki, “qızım, niyə etibar etdin, niyə inandın?” . Amma onu aldadan adama “niyə belə etdin” , deməklə qızımı da alçaltmış olaram. Bir ana kimi düzdü, qəlbimdə bir haray var. Amma onu yalnız Firuzə ilə bölüşürəm. Şükürlər olsun ki, Firuzə də, nəvəm Hülya da, mənə həmişə hörmət qoyublar. Hər bir insan özünə hörmət qoyarsa, qarşılığını da görəcək. Mən xoşbəxt ana, həm də xoşbəxt nənəyəm. 88 yaşındayam. 15 nəvəm, 12 nəticəm var. Tanrıma buna görə şükr edirəm.
- Firuzə xanım ötənlərə boylananda əlinizin çatmadığı, ününüzün yetmədiyi nə var?
- … o qədər şeylər var ki… Itirdiyim əziz insanlar, mənə dost olan böyük sənətkarlar, əzab-əziyyətlə qazanıb əldə etdiyim əmlakım, sərvətim… Səhvim onda olub ki, ətrafımdakı insanları tanıya bilməmişəm.Əlimdən bütün sərvətim getdi. Əgər bir şeydə ki haram var, orda daş-daş üstə dayanmayacaq. Mən malımı o adamlara halal eləmirəm.
- Bəs ötənlərdə nakam qalmış bir sevgi yoxdu ki?
- … Bu haqda danışmaq artıq gecdi. O əl elə uzana qaldı. O sevgi yarımçıq bitdi. ..
- Axı hər bir qadın xoşbəxt olmaq istəyir?! Nə qədər çiyinlərinizdə daşıyacaqsız bu yükü?
- Bu düzgün sevgi deyildi. Çılğın gənclik idi. Təsəvvür edin, bütün Azərbaycan səni sevir . Lakin sən isə ürəyini birinə vermisən. Sənə layiq olmayan, lazımsız bir insana. Qəlbimdə xəstələndi, elə orda da dəfn elədim onu. Urəyimdə onun məzarı var.
- Qızınızla onun məzarı üstə getmisiz?
-… Yox!
- Nifrət böyük idi, yoxsa ötənlərə qayıtmaq istəmirsiz?
- Sizi inandırım ki, nifrətdə də böyük sevgi var. Ötənlərə qayıtmaq istəmirəm. O üzdən onun məzarına da getmirəm.
- Səhnədəki alqışlar, gül-çiçək və pərdə arxasında göz yaşları. Evə gəlirsiz sanki nəsə çatmır…
… Bu həmişə olub. Istər ailə qurduğum vaxtlarda, istər ayrılandan sonra da. Sevgi yaşaya-yaşaya da tənhalığımı hiss etmişəm. Nə yaxşı ki, səhnə var. Sevdiyim insanlarla səhnəni paylaşanda düşünürəm ki, yaşamağa dəyər.
- Elə bir sirriniz varmı ki, onu bu gün mənə açmaq istərdiz?
- Elə demək olar ki, həmişə bütün sirlərimi sizə açmışam. Bu gün də bölüşməyə hazıram. Inşaallah 2 ay müddətinə gözəl bir sürprizim olacaq.Təxminən Ramazan ayında. Bu sirri təkcə sizə açacam.
- Gözləyək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
|