Faiq Ağayev Aygünlə Natavanı barışdırmaq istəyir
Tarix: 28-05-2014, 12:28 |
Çap et
Xalq artisti Faiq Ağayev həmkarı Aygün Kazımova ilə müğənni Natavan Həbibini barışdırmaq istəyir.
Axşam.az-ın məlumatına görə, müğənni “Şou+” verilişinə müsahibəsində “Aygün xanımla Natavanı barışdırmaq istərdinizmi” sualına belə cavab verib:
“Mənim əlimdə olsa, Aygünü anlaşılmazlıq nəticəsində normal münasibətdə olmadığı biri ilə barışdırardım. Barışdırmaq istəyərdim...”.
Natavan Həbibi isə bu barışığın mümkünsüz olduğunu vurğulayıb:
“Allah hər kəsi arzusuna çatdırsın. Amma bu mümkünsüzdür. Məndən bu barışığı heç kəs gözləməsin”.