"Bir də görürdüm ki, xadimə məni oyadır ki, Arif müəllim, durun, səhər açılıb"
Tarix: 19-06-2014, 10:26 | Çap et
Bu gün doğma Azərbaycanımızın çiçəklənən və nurlu gələcəyə gedən yollarının mədəni həyatında əvəzsiz xidmətləri olan korifey sənətkarlarımız çoxdur. Onları hər zaman xalqımıza sevdirmək, zəhmətlərini qiymətləndirmək, qayğılarını çəkmək hamımızın borcudur. Çox yüksək intellektual səviyyəyə, bacarıq və istedada malik olan, çəkdiyi filmlərlə muğamlarımızı dünyaya tanıtdıran insanlardan biri də Arif Qazıyevdir. Gəlin onunla yaxından tanış olaq.
- Necəsiniz, Arif müəllim?
- Sağ olun, gördüyünüz kimi, maşallah, yaxşıyam. Ruhumuz gözəl, saf və təmiz olsa məncə hər bir insanın hal-əhvalı da gözəl olar.
- Yay fəslinə qədəm qoyuruq, istilərlə aranız necədir və hansı fəsli daha çox sevirsiniz?
- Yayda isti olar də, qış fəslindən danışmırıq ki, qış fəslində olsaydıq deyərdik ki, havalar soyuqdur. Bütün insanlar yayı səbirsizliklə gözləyirlər. Çünki təbiətin gözəl guşələrinə dincəlməyə tələsirlər. Hər fəslin öz gözəlliyi var, bir sözlə, təbiətimiz çox rəngarəngdir.
- Təbiətdə olduğu kimi insanlar da rəngarəngdir. Sizcə insanlarda hansı xüsusiyyətlər gözəldir?
- Gözəl vurğuladınız, insanlar da rəngarəngdir. Mən ümumiyyətlə mənfi fikirli insanlardan uzaq qaçıram. İnsanlarda gərək səbirsizlik, dözümsüzlük, paxıllıq olmasın. Bir də görürsən ki, bir süfrədə oturub gülə-gülə çörək yeyən insanlar sonradan bir-birlərinin arxasınca danışırlar. Belə insanlara necə yaxşı demək olar. Gərək bir-birimizin qədrini bilək.
- Həyatın mənasını nədə görürsünüz?
- Həyat çoxmənalı bir termindir. Həyat Tanrı tərəfindən bizlərə bəxş edilən müəyyən çərçivəli bir ömürdür. Bu ömrü də layiqli və mənalı yaşamaq lazımdır. Həyatın mənası isə sənin yaşayış formandır. Sən həyatda necə yaşayırsansa, o cür də formalaşırsan. Allah-tala bu həyatı bizə verib ki, insan kimi yaşayaq, sevgi və məhəbbətlə.
- Deməli, həyatın mənası sevgidir?
- Əlbəttə ki, qızım. Sevgisiz yaşamaq mümkün deyil. Vətəninə, torpağına, valideynlərinə, ailənə, övladına, sənətinə sevgi ilə yanaşmalısan. Siz jurnalistsiniz. Əgər bu peşəni sevməsəydiniz, işləyə bilərdinizmi? Əlbəttə yox. Mən də rejissoram, öz sənətimi sevirəm, həmişə çalışıram ki, rejissor kimi işlərimdə bir yenilik taparaq çəkim və göstərim. Görsünlər ki, Arif Qazıyev nələr ortaya çıxarıb...
- İndiki rejissorlarla sizin dövrün rejissorları arasında nə kimi fərqlər görürsünüz?
- Mən 20-25 ildir ki, rejissor kimi bu sənətdə varam. İndiki rejissorların texniki cəhətdən imkanları daha çoxdur, nəinki bizim vaxtımızda. Mən səhərə qədər ağır kameralarla film çəkirdim, çox çətinliklər yaşayırdım. Gecələri yatmadan da həmin filmləri montaj edirdim. İşləyə-işləyə necə yuxuya gedirdimsə, özüm də bilmirdim. Bir də görürdüm ki, xadimə məni oyadır ki, Arif müəllim, durun, səhər açılıb, saat 7-dir. Yəni mən işimdə açırdım səhəri, indiki rejissorlar isə işləmək istəmirlər. Hər şeyin asanına qaçırlar. Həm də mən məktəb keçmişdim, məşhurlardan dərs almışdım. Məsələn, Rza Təhmasibdən, İsmayıl Dağıstanlıdan, Mehdi Məmmədovdan, Tofiq Kazımovda, Müxlis Qənizadədən, Ədil İsgəndərovdan və s.
- Bu cür korifeylərdən dərs alaraq özünü doğrultmuş belə bir təcrübəli rejissordan gənc rejissorlar nə isə öyrənmək istəyirlər?
- Yox, bu məni bir rejissor kimi çox narahat edir ki, niyə bu gənclər bizlərdən dərs almaq istəmirlər... Bu gənclər yalnız indi çıxan sponsorlara güvənir, necə gəldi çəkirlər, nə var ki, pul xətrinə efirə nə isə versinlər. Bu biabırçılıqdır axı. Məsələn, 46 il bundan əvvəl “Şur” filmini çəkmişəm. Bu film 1967-68-ci illərdə dünyanın 75 ölkəsində göstərilib, indiyə kimi də göstərilir.
- Başqa hansı filmləriniz var?
- “Salam, Zeynəb”, “Toyda görüş.” Qara Qarayevlə, Rəşid Behbudovla, Rauf Hacıyevlə, Fikrət Əmirovla, Arif Məlikovla və digər tanınmışlarla bağlı bir çox məşhur filmlərim var. Bu filmlər Azərbaycan tarixində layiqincə öz yerlərini tutublar və Qızıl Fondda indiyədək də qorunub saxlanılırlar. İndi çəkilmiş filmlər isə bu gün var, sabah yoxdur.
- Arif müəllim, necə olur ki, o dövrün texnikaları ilə çəkilmiş filmlər əbədi olaraq yaşayır, indiki texnika əsrində çəkilən filmlərin isə ömrü qısa olur. Səbəb nədir?
- Səbəb odur ki, onlar sabahı yox, bu günü fikirləşirlər. İş görmək savaddan çox ağıl tələb edir. Hər bir rejissor gərək çəkdiyi filmin formasını tapsın.
- Harada doğulub boya-başa çatmısınız?
- Əslimiz İrəvan xanlığındandır, mən də o xanlığın nəticələrindən biriyəm. Qazıyevlər nəslinin nümayəndəsiyəm. Gəncə şəhərində anadan olmuşam. Nizami, Məhsəti, Fikrət Əmirov torpağında böyüyüb boya-başa çatmışam. Onu da qeyd edim ki, Fikrət Əmirov mənim xalam oğlu olub.
- Gələcək planlarınız haqda nə deyə bilərsiniz və yeni film üzərində çalışırsınızmı?
- Planlarım çoxdur, inşallah, həyata keçər. Ancaq indi “Vağzalı” adlı film üzərində çalışıram, demək olar ki, artıq hazırdır. “Vağzalı” havası bizim gözəl qızlarımızın gəlin köçəndə çalındığı bir cəngdir və qədim tarixi olan bir musiqidir. Getdikcə bu musiqi də artıq unudulmağa başlayır.
- Buna səbəb nədir?
- Səbəb odur ki, indi bəylə gəlin restorana “Mendelson”la girir, “Vağzalı” ilə yox. Ona görə də “Mendelson”la ərə gedənlərin yarısından çoxu boşanır. Çünki onlar toyu özlərinə diskoteka sayırlar. “Vağzalı”sız qurulan ailənin axırı puçdur.
- İnternet şəbəkələri ilə tanış olub ailə quranlara necə baxırsınız?
- Ay sənə qurban olum, internetlə də ailə qurmaq olar?.. Ona görə də indiki gənc ailələr bərbad gündədirlər də. Bunlar hamısı ötəri bir hisslərdir. Onlar ailə məfhumundan çox-çox uzaqdadırlar.
- Xarici dövlətlərdən film çəkmək üçün dəvət almısınızmı?
- Təklifim olmayıb, çünki öz filmlərimə başım o qədər qarışıb ki, başqa dövlətlərlə işləməyə heç vaxtım da qalmayıb. Amma filmlərim üçün Fransa, İtaliya, Moskvaya getmişəm - Qara Qarayevin əsərlərindən parçalar çəkmək üçün. Məni bir dəfə Moskvaya dəvət etdilər ki, orda qalıb işləyim. Mən isə etiraz etdim, çünki mən Azərbaycansız, ailəmsiz qala bilmirdim. Mən Vətənimə, torpağıma çox bağlı insanam.
- İndi peşman deyilsiniz getməməyinizə?
- Bəlkə də səhv etmişəm. Vaxtında getsəydim indi imkanlarım daha çox olardı və mənim indi Azərbaycan filmləri üçün çox köməkliklərim dəyərdi.
- Arif müəllim, bir zamanlar Muğam Teatrı adlı bir məkanınız var idi və siz orada canınızı qoyurdunuz. Necə oldu ki, ordan uzaqlaşdınız?
- Mən uzaqlaşmadım, uzaqlaşdırdılar. 4 il o yer üçün canımı fəda etdim. Dəlmə-deşiklərini təmir elətdirdim, çirkabdan çıxartdım o yeri. Əlimlə əncir ağacları əkdim, xarici vətəndaşlar hər dəfə ora gələndə əlləri ilə yarpaqları yoxlamasalar inanmırdılar ki, bu ağac təbiidir. O əkdiyim ağaclar üçün indi çox darıxıram, o daşlar üçün darıxıram. O daşlara hər baxanda sanki dil açıb mənimlə danışırdılar. Orda yaratdığım hər bir işim muğamlarımızın kökü idi. Ora təşrif buyuran xaricilər bizim milli xörəklərimizdən, rəqslərimizdən və muğamlarımızdan zövq alırdılar. Yəni mən orda özüm üçün yox, xalqım üçün çalışmışam.
- Belə bir məkanı yenidən bərpa etmək fikriniz yoxdur?
- Mən hökumətlə dava edə bilmərəm ki. İndi heç nəyim yoxdur. Mənə söz verdilər ki, sənə yer verəcəyik. İki ildir gözləyirəm. Hələ də bir xəbər yoxdur.
- Sizin üçün dəyərli hədiyyə nədir?
- İnsanların mənə olan xoş və səmimi münasibəti.
- Türk dünyasının ən məşhur kinoaktrisası Türkan Şorayla dostluq edirsiniz. Sizə paxıllıq edənlər varmı?
- Eh..., o qədər... O, çox səmimi bir qadındır, yüksək mədəniyyəti var. Mən ona bir xalça bağışladım, xalçanın üzərində Azərbaycan təbiəti vəsf olunmuşdu. Xalçanı görcək çox sevindi və elə həmin anda evinə sərdi və xalçanın üstündə oturdu. Xalçaya heyrancasına baxıb dedi: “Arif bəy, siz bilirsinizmi ki, mən azərbaycanlıyam.” Bu söz məni duruxdurdu, doğrudan da buna qədər bilmirdim ki, o azərbaycanlıdır. Dedi ki, atam naxçıvanlıdır. Məndə zarafatyana - Burda da naxçıvanlı, – dedim və güldüm.
- Bizim bəzi populyarlarımız kimi Türkan xanım da özündən çox razıdır?
- Əsla, o qədər saf, o qədər səmimi bir insandır ki, bütün işlərini atıb vaxtını yalnız bizə sərf elədi. Bizdə isə hansısa tanınmışla əlaqə yaratmaq istəyəndə sözü belə olur: vaxtım yoxdur, işim var, qalsın başqa vaxta və s. Amma onda mədəniyyət, hörmət, izzət var.
- Qəlb qapınızı sındıran biri peşman olub geri qayıdarsa, onu bağışlayarsınız?
- Xeyr, birdəfəlik qapını onun üzünə örtərəm,
- Ən böyük sevginiz?
- Vətənimi, torpağımı, xalqımı sevirəm.
- Arif müəllim, sizinlə çox maraqlı söhbətimiz üçün sizə minnətdaram. Sonda “Oxu Məni”yə nə arzulardınız?
- Uzunömürlü, dəyərli, sevilən olsun və sizin kimi səmimi jurnalistləri oxucularınız daim izləsin. Kollektivinizə də böyük minnətdarlığımı bildirirəm. Çox sağ olun.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Bu gün, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Bu gün, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Bu gün, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Bu gün, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Bu gün, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Bu gün, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
|