Daha bir əməkdar artistimizin səhhətində problemlər var - fotolar
Tarix: 18-07-2014, 11:30 |
Çap et
Dövlət Musiqili Teatrının tanınmış aktrisası, əməkdar artist Gülnar Salmanovanın səhhəti ağırlaşıb.
Axşam.az xəbər verir ki, bu barədə AzNews.az-a gənc teatrşünas Əjdər Dadaşov məlumat verib.
Onun sözlərinə görə, G. Salmanova eyni zamanda bir neçə xəstəlikdən əziyyət çəkir:
“Onun vəziyyəti getdikcə pisləşir. Həm şəkər xəstəsidir, həm böyrək çatışmazlığından əziyyət çəkir. Vəziyyəti çox pisdir, hətta deyərdim ki, ölümcüldür. Çox güman ki, yaxın günlərdə bir neçə aktyorun imzasıyla Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edəcəyik.
Təsəvvür edin ki, həkimlər bu adama sistem köçürmək istəyirlər, amma damarını tapa bilmirlər deyə məcburən qolunu kəsirlər. Hər ay ən azı min manat xərci çıxır. Neçə vaxtdır “Prezident təqaüdü”nün verilməsini də dayandırıblar, vəziyyət lap pisləşib. Heç olmasa dərmanlarının pulunu ödəyirdi”.
Qeyd edək ki, dünən aktrisanın sənət yoldaşları Naibə Allahverdiyeva, Telli Hüseynova, Rəsmiyyə Nurməmmədova, Elmira İdayətova və Əjdər Dadaşov ona baş çəkiblər.