"Ona daha cox ehtiyacım olan vaxt məni tərk etdi"
Tarix: 7-08-2014, 10:28 |
Çap et
Milli.Az xəbər verir ki, bu sözləri 10 il öncə ailəsini avtomobil qəzasında itirən tanınmış teleaparıcı Zamirə Dadaşova özünün Facebook səhifəsində yazıb.
Zamirə Dadaşovanın həsrət və nisgil dolu statusunu təqdim edirik:
"Deyirlər zaman ən yaxşı dərmandır. Hec zaman da mənim dərmanım ola bilmədi. 25 yaşım var idi onları itirəndə. Birinin acısına dözmək olmur. Mən altısının acısına dözdüm, hələ də dözürəm. Çox təəssüf edirəm ki, gənc idim, həyatı dərk etmirdim və onlara deyə biləcəyim o qədər sözlər var ikən susdum. Zamanımın olduğunu düşünürdüm. Doyunca yanlarında olmadım. Bir gün, bir saat, bir saniyə bəsdir ki, insan gəncliyinə əlvida desin. Mən də 07.08.2004-cü il saat 16:00-da qardaşımın telefonunu götürən polisin səsini eşidən andan fərqli bir insan oldum, böyüdüm. Bu gün də yaşayıram, iki oğlumu böyüdürəm, amma ümidim var ki, vaxtım çatanda mən də gedəcəm, onlarla görüşəcəm, ürəyimdəki sözləri deyəcəm. Anamdan soruşacaqlarım var. Niyə mənim ona daha çox ehtiyacım olan vaxt məni tərk etdi?"