Xalq artisti Brilliant Dadaşovanın yeni fotoları yayılıb.
ANS PRESS-in məlumatına görə, istilər başladığı gündən şəhərdən kənarda bağ evində istirahət etməyə üstünlük verən ifaçı yeni şəkillərini paylaşıb. Sənətçi atasının evinin həyətində divar boyayarkən əlləri boyalı və fırça ilə kamera qarşısına keçib. Həmin şəkilləri sosial şəbəkədə paylaşan Brilliant xanım maraqlı şərh bildirib:
"Usta işləyirsə mən heç vaxt kənarda dayanıb baxa bilmərəm. Atamın bağının həyətini o ki, var rənglədim. Təmbəl insanları xoşlamıram". Xalq artistinin bu görüntüləri izləyiciləri tərəfindən maraqla qarşılanıb. Sözügedən fotoları sizə təqdim edirik: