Rejissor Nail Naiboğlu ailəsi ilə birlikdə Astaradakı evinə yollanıb.
Axşam.az-ın məlumatına görə, o, bir neçə gün orada dincələcəyini bildirib. N.Naiboğlu “Lider” telekanalında yayımlanan “Bu saat” verilişinin yeni mövsümdə efirə gedəcək buraxılışlarını çəkdiyini deyib:
“Veriliş sentyabrın 1-dən yayımlanacaq. Çox maraqlı, yeniliklərlə dolu proqramımız olacaq. İndi imkan tapıb istirahətə yollandım. Ailəmlə birlikdə Astaradakı evimdə dincəlirəm”.