"Qazax bölgəsindən olan insanların çoxunda bu istedad var"
Tarix: 16-08-2014, 11:57 |
Çap et
Müğənni Vasif Məhərrəmli şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.
Axşam.az-ın məlumatına görə, sənətçi "Star life" verilişinə açıqlamasında ilk sevgisindən danışıb:
"Həyatımda bircə dəfə şeir yazmışam. Onu da məktəbdə oxuyanda sevdiyim qıza həsr etmişdim. Maraqlı bir şeir alınmışdı. Amma sevgim cavabsız qaldı. İlk məhəbbət heç vaxt unudulmur".
V.Məhərrəmli eyni zamanda gizli bacarığından da danışıb:
"Tar sinfini bitirmişəm. Pərdəli alətləri ifa etməyi bacarıram. Qazax bölgəsindən olan insanların çoxunda bu istedad var. Eləcə də məndə. Amma heç vaxt üzə çıxarmamışam. Hətta skripkada, kamançada da ifa edirəm".