“Elə “korifey müğənnilər” var ki, başlarına xına qoyur”
Tarix: 3-09-2014, 10:22 |
Çap et
“Azərbaycan şou-biznesində elə birbırçı hadisələr baş verir ki, adam lap “əti tökür””.
Bu sözləri Editor.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev söyləyib.
Onun sözlərinə görə, şou-biznesdə nəinki mədəniyyət sahəsinə aid, ümumiyyətlə mədəniyyətsiz adamlar “at oynadır”: “Elə tanınmış müğənnilər, xalq artistləri var ki, başlarına xına, rəng qoyurlar. Saçları ağappaqdır, amma efirə rənglənmiş saçla çıxırlar. Həmin o “ağsaqqal müğənnilər” efirdə tamaşaçıları da çaş-baş salırlar. Kimdən pul aldılar, onu şedevr müğənni adlandırırlar, yox kimin ki, həqiqətən səsi var, pulu yoxdur, onlar “korifeylər”in imtahanından “iki alır”. Mən həmişə söyləmişəm, yenə də deyirəm. Gör nə gündəyik ki, Habil Əliyev də xalq aritstidir, Faiq Ağayev də. Müğənni kimdir, kim olasıdır? Özlərini elə aparırlar ki, guya burda bunlardır, Bağdadda kor xəlifə”.