"Həmişə deyirdim ki, böyük adam olacam"
Tarix: 5-09-2014, 10:11 |
Çap et
Aparıcı İlhamə Bədəlova özü ilə bağlı maraqlı etiraflar edib.
Axşam.az-ın məlumatına görə, aparıcı “Nə varsa” verilişində inadçıl olduğunu bildirib:
“Mən inadkaram. Həmişə deyirdim ki, böyük adam olacam. Buna görə də şəxsiyyətimi formalaşdırıram. Yıxılıram, amma yenidən ayağa qalxıram. Yolumu dəyişirəm ki, özü yıxılan ağlamaz. Həyatda məqsədinə çatmaq üçün inad etmək lazımdır. Mən hər işdə düzəm, doğruyam. İnadkarlıq hərdən düşüncələri də dəyişə bilər”.