Prodüser Anar Mədətovun oğlu Mahir Mədətov futbol üzrə Azərbaycan Premyer Liqasında debüt edib.
Axşam.az-ın məlumatına görə, 17 yaşlı futbolçu “Bakı”nın heyətində ilk dəfə ölkə çempionatı matçına çıxıb.
“Araz Naxçıvan”la görüş 2:1 hesabı ilə “Bakı”nın xeyrinə başa çatıb. Mahir oyunun 66-cı dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, M.Mədətov həmçinin 19 yaşadək futbolçulardan ibarət milli komandamızın şərəfini qoruyur. O, bir müddət öncə Fransanın "Lans" klubunun əvəzedici heyətinin məşqlərinə də qatılmışdı.