"İndiki oğlanlar qadın aparıcılara yaxınlaşmağa qorxur" - Azərbaycanlı teleaparıcı
Tarix: 16-10-2014, 10:15 |
Çap et
DİA.AZ gecce.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan teleaparıcı kişilərdən danışıb.
"Alfons və şərəfli oğlan arasında böyük fərq var. Heç kim inciməsin, indiki oğlanlar qadın aparıcılara yaxınlaşmağa qorxurlar. Düşünürlər, pulum yoxdur, heç nə alınmaz. Bilirsiz niyə? Çünki özlərinə güvənmirlər. Çox şey isə onu tərbiyə edən anadan asılıdır. Çünki o, övladını istədiyi kimi tərbiyə edib. Yaxşı və hər şeyin yerini bilən valideynlər, övladını yaxşı tərbiyə edirlər. Şərəfsizliyin zəmanəsi yoxdur. Şərəfsiz insan övladını da şərəfsiz böyüdür. Ümumiyyətlə, yaxşı oğlanları yetişdirən anaların əllərindən öpürəm. Puluna yox, özünə güvənən kişilər həmişə haqlı olurlar. Haqsızlığı isə götürmürlər. Onların qarşısına kimi istəyirsən, çıxart, sözünü deyəcək".