"Münasibətlərimiz soyumayıb, hər şey daha da qaynardır"
Tarix: 25-10-2014, 11:40 |
Çap et
Əməkdar artist Firuzə İbadova həmkarı Cavanşir Məmmədovla münasibətlərindən danışıb.
Axşam.az-ın məlumatına görə, “Şirin çay” verilişində qonaq olan müğənni aralarında soyuqluq yaranması ilə bağlı şayiələrə son qoyub:
“Münasibətlərimiz soyumayıb. Hər şey daha da qaynardır. Gərək məni bura Cavanşir müəllimlə birlikdə çağırardınız. O, sualları daha yaxşı cavablandırardı. Cavanşir Məmmədov çox kübar, maraqlı insandır”.