Müğənni Gülay Zeynallı həyat yoldaşı, idmançı Kamil Zeynallı ilə birlikdə Türkiyəyə yollanıb.
Axşam.az-ın məlumatına görə, sənətçi İstanbul gəzintisindən fotoları sosial şəbəkədə paylaşıb.
Qızı Sahiləni özü ilə apara bilməyən G.Zeynallı onun üçün darıxdığını vurğulayıb: “Çox istəyərdim qızım da yanımızda olsun. Amma bura çox soyuqdur, balama qıymadım. Bakıdan və qızımdan ötrü darıxmışam”.