Türkiyəli məşhur şoumen Bəyazıt Öztürk (Bəyaz) ilə müğənni Candan Erçetin arasında başlayan deyişməsi növbəti mərhələsinə keçib.
ANS PRESS-in məlumatına görə, hər şey “Beyaz Show” proqramında aparıcı Bəyaz müğənni ilə yayılan videosundan sonra başlayıb.
Tərəflərin bir-birinə meydan oxuduğu musiqili mübahisə internet izləyiciləri arasında populyarlaşıb və qısa zamanda böyük marağa səbəb olub.
Bu dəfə onların mübahisəsiə satıcılar qoşulublar. Onlar Bəyaz-Candan mübahisələri üzündən işləri ilə məşğul ola bilmədiklərini,qacanz əldə etmədiklərini deyərək bu deyişməyə son qoymağı tələb ediblər.
Xatırladaq ki, Candan Erçetinin Bəyaza hazırladığı son videoda Saba Tümer, Derya Şensoy, Esra Erol, Gupse Özay və Demet Akbağ kimi məşhurlar yer almışdı. Tərəflər arasında münaqişəyə səbəb isə Bəyazın Candan Erçetini proqrama qonaq çağıraraq “Git” klipinin montaj versiyasını təqdim etməsi olmuş, bu isə müğənninin xoşuna gəlməmiş və şoumenə cavab videosu hazırlamışdı.