“Sümbül Ağa” Azərbaycan mahnısı oxudu
Tarix: 30-01-2015, 10:19 |
Çap et
Ötən gün “Eşq sənə bənzər” filminin təqdimatıyla əlaqədar şəhərimizin qonağı olan “Möhtəşəm yüz il”in Sümbül Ağası Səlim Bayraktar Azərbaycan dilində danışması ilə hər kəsi təəccübləndirib.
Axşam.az-ın məlumatına görə, aktyor hətta baş tutan mətbuat konfransında “Ayrılıq” mahnısını da oxuyub.
O, Azərbaycan dilində yaxşı danışa bilməsinin səbəbini açıqlayıb:
“Mən türkmən türküyəm. Ona görə də, bu dildə danışmaq mənə çətin deyil”.
Qeyd edək ki, S.Bayraktar hətta İnstaqram səhifəsində fikirlərini Azərbaycan dilində yazıb:
“Bu qala daşlı qala.... Qız qalası, Bakı...”.