"Tamaşaçılar mənə düşmən kimi baxmasınlar" - Zaur
Tarix: 31-01-2015, 10:34 |
Çap et
Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə ona yazılan tənqidlərə münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, o, hər tənqiddən bir nəticə çıxardığını deyib:
“Başa düşə bilmirəm, gah tərif yazırlar, gah da tənqid. O gün yıxıb-sürüdülər, indi “sənə halaldır” yazırlar. Tənqidlərdən nəticə çıxarıram. Təhqir isə qəbulolunmazdır. Hər insandan da normal tənqid gözləmək axmaqlıqdır. Çünki hamı savadlı, düşüncəli, fikirlərini izah etməkdə mahir deyil. Mən də hərdən fikirlərimi izah edə bilməyəndə əsəbləşirəm. Bircə istəyim odur ki, tamaşaçılar mənə düşmən kimi baxmasınlar. Hərdən elə qəddar şərh oxuyuram ki, düşünürəm biz bunu yalnız düşmən üçün deyə bilərik. Yəni bu qədərmi qəddar, düşmən kimi görünürəm kənardan?".