"Mənim utanmağım başıma bəla oldu, heç nə edə bilmədim, abır-həya güddüm" - Əməkdar artist
Tarix: 10-02-2015, 08:45 | Çap et
"Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı onu çox məşhurlaşdırdı. İndi hər kəs onu Ələsgər Məmmədoğlu kimi tanıyır. Adımın Əsgər olmasını uzun müddət işlədiyi teatrda da heç kəs bilməyib. Hətta "Əməkdar artist" adını alanda təqdimata teatrın rəhbəri mərhum Əliabbas Qədirov "ay sağ olmuş, sənin adın Əsgər imiş ki!" deyə, təəccübünü gizlətməmişdi...
Beləliklə, bu dəfəki qonağımız tanınmış aktyor Ələsgər Məmmədoğludur. O, "Həftə içi"nin əməkdaşı ilə söhbətə hələ gənc yaşlarından teatr və kino sahəsinə marağından başlayıb:
Təxminən, 14-15 yaşımda Akademik Milli Dram Teatrında Şekspirin "Qış nağılı"na, Cəfər Cabbarlının "Almaz"ına baxdım. Hökumə xanımın, Leyla xanımın, Möhsün Sənaninin sənətkarlığına vuruldum. Elə o vaxtdan aktyor olacağıma qərar verdim. Gəldim o vaxtkı 26-lar adına Mədəniyyət Sarayına. Lütfi Məmmədbəyov Sarayın rəhbəri idi, oradan böyük aktyorlar çıxıb - Həsənağa Turabov, Siyavuş Aslan, Əliabbas Qədirov kimi böyük bir aktyor nəsli oranın məhsuludur.
- Siz elə qəşəng oğlan deyildiz. Hansı ürəklə gəldiniz aktyorluğa? - Hamı Aydın, Hamlet olmayacaq ki! Məsələn, mən Hamletdə qəbirqazan oynayıram. İnanın, heç o haqda fikirləşməmişəm. Böyük aktyorlarımızın içərisində SSRİ xalq artisti adına epizodik rolları oynamaqla İsmayıl Osmanlı layiq görülmüşdü. 1974-cü ildə biz Moskvada teatrın 100 illik yubileyində bu qədər aktyorlarımızın arasında onun adını çəkdilər.
- Soyadınız da bir də qəribə təsir bağışlayır... - Bizim soyadımız yoxdur. Atam Məmməd Əkbəroğlu idi, mən də Əsgər Məmmədoğluyam. Oğlum Ceyhun isə Məmmədoğlu gedir, mənim adımla yox.
- Xarakterinizlə bağlı özünüzü narahat edən hansısa bir xüsusiyyətiniz var? - Mənim ən böyük bədbəxtlyim utancaq olmağımdır. Dünyada bundan pis şey yoxdur. Mən bəlkə də o ad-sanlı aktyorlardan çox iş görmüşəm, onlardan çox tanınmışam, çox da sevilmişəm. İndi də bu sevgi davam edir, adamları yormuram. Aktyor tamaşaçını yorduğunu görəndə səhnədən özü getməlidir. Böyük aktyorumuz Əli Zeynalov 60 yaşında özü ərizəsini yazıb getdi səhnədən. Mən də tutaq ki, sabah işdən çıxdım. Lap tutaq ki, yaşamaq üçün pulum da var. Bəs, səhərlər durum hara gedim? Yer yoxdur gedək. Qabaqlar cəmi bir telekanal vardı, işin əlindən bilmirdik hara qaçaq. İndi 10 telekanal var, hamı da oxuyur. Məni dişlərimlə tanıdılar. S.M.Qənizadənin "Xorxor" tamaşası ilə xalq məni sevdi. "Xəcalət" tamaşası böyük tamaşadır, Nurəddin baş roldadır. O tamaşada mənim 15 dəqiqəlik rolum var, bu roldan mən çox razı qalıram.
- Hansı roldan sonra anladınız ki, məşhursunuz? - "Xor-xor"dan sonra. 27-28 yaşım vardı. Ümumiyyətlə, nəyə çəkilmişəm yadda qalıb. "Qatar"da narsatan, "Evləri köndələn yar"da şair, "Yaşıl eynəkli adam"da polis, "Qərib cinlər ölkəsi"ndə cin. O Cin mənim balta kimi dişlərimin axırına çıxdı. Əlavə cin dişi taxmaq üçün qabaq dişlərimi yondular. 6 ay ağır çəkilişlərə dözdük o filmdə. Cin paltarında soyuq havalarda. Əlisəttar Atakişiyev nəinki böyük rejissor, həm də böyük rəssam idi. Bütün kostyumların eskizini özü çəkmişdi. Bütün nağıl filmlərimizi də o çəkib. Allah rəhmət eləsin!
- Heç çox əziyyət də çəkmirsniz, bir dəfə güldünüz bəsdir... - (Gülür) Hə, elədir. Baş rol oynayanlara fəxri ad, mükafatlar halaldır. Zülmdür o rolların sözlərini əzbərləmək, onu oynamaq. Bir tamaşada rolum 20 dəqiqə idi, əzbərləyənə kimi yoruldum. Mənimki elə budur, girim tamaşaya, tamaşaçının əhvalını qaldırıb çıxım. Mən rolu əzbərləməyin yox, mənimsəməyin tərəfdarıyam. Məsələn, mən şerli tamaşalardan əvvəldən imtina etmişəm, yadımda qalmır çünki. Teatrın aşiqi olmuşam. Əgər Moskvaya gedirəmsə, bütün tamaşalara gedirəm, baxıram. Bir dəfə 4 saatlıq tamaşanı yer olmadığından ayaqüstə heyrətlə izlədim. İndi heç qonşu teatrların tamaşalarına baxmıram. Amma mən tamaşaya baxmağın böyük həvəskarı olmuşam. Festivala getdik Yaltaya, almanlara, ukraynlara, ispanlara baxdıq. Çox bəyəndim, bizim tamaşa da zəif deyildi, amma onlar çox güclü idi. Mən rol yaratmaq lazım gələndə hamının məsləhətini dinləyirəm. Eqoizmim yoxdur.
- Bir zamanlar əksər filmlərin yaraşığı olan Əsgər Məmmədoğlu nədənsə indi film səhnələrində görünmür. Niyə? - İndi filmləri gənc rejissorlar çəkir. Əminəm ki, onlar tamaşalara gəlmir deyə aktyorları da görmürlər. Bir həftədə mənim 5-6 filmim, tamaşam gedir. Mən 15 günün 8 gününü efirdə olmuşam. Amma mənə deyirlər ki, efirdə görünmürsən. Hamı "Bəyin oğurlanması" filmini, hərdən də "Tehran-43" filmindən danışır. "Tehran-43" filmi dünyada daha çox məşhurdur. Məsələn, biz xaricə gedəndə məni digər aktyorlarımızdan daha çox tanıyırlar, məhz bu filmə görə. Orda cəmi 2 epizodum var.
- Nə əcəb sizi seçdilər? - Biz "Qəribə adam" filminə çəkilirdik. "Mosfilm"in rəhbərlərindən olan Əjdər müəllim xahiş etdi ki, məni yoxlasınlar. Məni Qala qəbiristanlığına dəvət etdilər. Gürcü aktyoru Beloxvostikov gəldi, bir erməni artisti vardı, o gəlmədi, Mobil Əhmədov da kürək tərəfdən çəkildi. Əgər burda çəkdiklərini tam versəydilər, mən filmdə çox düşərdim. Amma vermədilər. Amma filmin Avropa variantında mən çox görünürəm, nə qədər axtarıram o variantı tapa bilmirəm.
- Həmin filmdən qonorarınız nə qədər oldu? - Rus pulu ilə 1900 rubla qədər. Əla məbləğ idi, biz yaxşı qazanırdıq.
- Son filminiz hansıdır? - 1985-ci ildə "Bəyin oğurlanması"na çəkildim, vəssəlam, arada "Mozalan"a filana da çəkilirdim. Arada seriallara da çəkildim, "Məhəllə", "Toy", "Qırmızı qar", "Canavar balası" və s. Bu da 1990-cı illərin sonu idi. 2013-cü ildə Ənvər Əbluc məni "Mozalana" çəkdi. İndi rejissorlar günü 50 manata çəkirlər, mən dava ilə 100 manata çəkilirəm, deyirlər daş daşımırsan ki! 4-5 saat işıq altında durmaq azdır, bəyəm? Guya, xaricdəkilər daş daşıyır?
- Axı, filmə çəkilmədikcə illərinizi itirirsiniz... - Təbii. İndi çayxanada o qədər otururam ki, çoxları zarafatla deyir burda işləyirsən? Bulvara isə 65 nömrəli marşrutla gedib-gəlirəm. Məni ən ən əsəbiləşdirən məsələ də camaatın niyə maşınımın olmadığını soruşmalarıdır.
- "Əməkdar artist" adını da 56 yaşınızda aldınız. Gec deyil... - Hələ yaxşı ki, verdilər. Heydər Əliyev "Hamlet" tamaşasına baxmağa gəlmişdi. Əliabbas müəllim xahiş etdi, prezident isə dedi ki, kim yaddan çıxıb verin. Həmin vaxt 27 nəfərə fəxri ad verildi. Amma belə ad almırlar, ha! Əvvəllər əla bir tamaşa, ya film oynayana fəxri ad verirdilər.
- Amma "Bəyin oğurlanması" filmindən sonra sizə fəxri ad verilməli idi... - Amerikada partlayan filmlərdəki epizodlara "Oskar", Rusiyada "Nikra" verirlər. Bunlar böyük mükafatlardır. Mən heç "xalq artsiti"ni də gözləmirdim.
- Dolanışığınız necədir? - Mən ümumiyyətlə şikayət etmirəm. Yaş pensiyası alıram - 170 manat. Prezident mükafatı aldım 3-4 il. Sonra çıxardılar. Sağ olsunlar.
Bəzi aktyorlarımız bəzən susduqları məqamlarla bağlı etiraflar edirlər. Qazancı normal olmayan bəzi aktyorların qapılar döydüyü, bir az reketliyə yaxın yolla pul qazandığı məlumdur. Bu siyahıda nə zamansa sizin də adınız çəkilirdi.. - Qəzetdə bu mövzu hallandı. Jurnalistlə görüşdüm, o qəzet oxunmaq xatirinə yazmışdı. Qabaq gedib 4 nəfər məktəblərdə tamaşa oynayardıq, qazanardıq, indi bir rayona getmək üçün 50 manat yolpulu lazımdır. Daha o imkan da kəsilib.
- Səsinizlə avtomobillər üçün siqnallar yaradılıb. Bu, yaxşıdır, ya pis? İncimirsiniz belə siqnallardan? - Bir dəfə bir cavan oğlan mənə dedi ki, sizin səsinizlə siqnal yığıdırmaq üçün 300 manat vermişəm. Dedim, elə o 150 manatı mənə verərdin, maşının qabağında özüm oturardım da (gülür). "Parni iz Baku" da bunu çəkmişdi. Bir oğlan bu siqnalla gəzəndə polis 3 dəfə onu cərimələyir, dördüncüsündə isə saxlamaq istəyəndə pəncərənin şüşəsini aşağı salır və görürlər ki, mən oturmuşam, səs mənim səsimdir. Heç nə edə bilmir. Görün kiçik bir rol necə yayıldı. "O olmasın, bu olsun" filmində Lütfəli Abdullayevin də sözü yoxdur, amma necə yadda qalıb? Bəyəm Çarli Çaplinin sözü olub?
- Övladlarınızın sizin sənətinizə münasibətləri necədir? - 1976-cı ildə evlənmişəm, bir oğlum, bir qızım var. Heç vaxt onlar məni incitməyiblər. Bir nəvəm də var - Rəna adında qız. Doğrudan da ən gözəl övlad nəvədir. Mən uşaqlarımı əzizləməmişəm, amma nəvəm Rənadan doymuram. Balaca, dilli qızdır. Aktrisa olmasına etiraz etmərəm, lakin çətin işdir, başqa sənətlə məşğul olsa, daha yaxşı olar. Yaxşı ki, uşaqlarım bu sənətə gəlməyi arzulamadılar.
- Bu dünyada aktyor olmağa dəyərmi? - Bizim ölkədə yox. Bu istedadla xaricdə ən azından adam kimi yaşayardıq. Mənim utanmağım başıma bəla oldu, heç nə edə bilmədim, abır-həya güddüm. Nə isə... Bu da bir həyatdır. Gəldi keçdi. Ancaq bir arzum var ki, həmişə belə sağlam olum. Başqa heç nə. "Əməkdar artist"dən başqa dövlət tərəfindən mənə heç nə verilməyib. Müğənnilərin böyük evlərinə baxanda adam qorxur, elə evlərdə yaşatmaq olar?! Bir çarpayıda yaşayacaqsan da? (Gülür) Allah-təala nə yazıb gözəli odur, nə qismətdirsə, elə də olacaq. Heç nəyin dalınca qaçmaq lazım deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16 |
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
• Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56 |
|
|
|
• Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53 |
|
|
|
• Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52 |
|
|
|
• "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51 |
|
|
|
• Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43 |
|
|
|
• Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
|