İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                     Sülh prosesində iki çətin məsələ hansıdır? .....                     Generalın həyat yoldaşına vəzifə verildi .....                     Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... .....                     Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır .....                     Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir .....                     “Freedom House”dən görünməmiş həyasızlıq .....                     Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək .....                     “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                     ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... .....                     Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb .....                     “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” .....                     NİYƏ 285 MANAT?... .....                     Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? .....                     Vasif Talıbovun yaratdığı PROBLEM... .....                     Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər .....                     Ermənistan ATƏT-ə missiya rəhbəri .....                     Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” .....                     Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi .....                 

"Aşıqlar həftədə iki toya gedirdi, birinci, ikinci, üçüncü günü yatıb dincəlirdilər" - VİDEO
Tarix: 24-02-2015, 10:03 | Çap et
"Aşıqlar həftədə iki toya gedirdi, birinci, ikinci, üçüncü günü yatıb dincəlirdilər"
Aşıq Vüqar Mahmudoğlu ilə telefon əlaqəsi yaradıb, “Qoşa həyat” layihəmiz üçün vədə aldıqda bir gün sonraya razılaşdı. Təcili rayona gedəcəyini dedi.

Səhəri gün redaksiyada görüşdük.

- Dünən rayona getdiniz: xeyir ola, rayonun havası sizi çəkdi, yoxsa, “aşıq bir yerdə durmaz”dan?

- Rayonun havası bizi heç tərk etmədi ki... O ki qaldı aşığın bir yerdə durmamasına, aşıq elə xalqın içində olmalıdır. Bu, ata-babadan belədir. Vaxt darlığı var. Srağagün isə Kürdəmirdə idik. “Zəhmətkeş ulduzlar” verilişinin artıq “əməkdar artisti” olmuşam... - zarafat edir.
– ATV-də bir serial nümayiş etdirilir, “Rast” adında. O filmin də bir neçə seriyasına çəkilirəm. Belə, işimiz yetərincədir.

- Demək, aşıqlıqla yanaşı aktyorluq da edirsiz.

- Yox, buna aktyorluq deməzdim, baxmayaraq ki, aşıqlıq elə hardasa aktyorluqdur... Aşıqda aktyorluq qabiliyyəti olmasa, o, kütlənin qarşısında çıxış edə, insanların diqqətini öz üstündə saxlaya bilməz.

Aşıq sənəti XIX əsrdən XXI əsrə

- Aşıq, gənc də olsanız, tanınırsız. Uzun illərdən bəri sənətdəsiz, ustadlar görübsüz. Aşıq sənətinin dünənindən bu gününə nələr gəldi, nələr qaldı, unuduldu...

- Əslində, dünənin aşıq sənəti bu günə olduğu kimi gəlib çatmayıb. 19-cu əsrin aşıq sənəti ilə 21-ci əsrin aşıq sənəti arasında çox böyük fərq var.

- Nədir bu fərq?

- Çoxdur. Bunun görünən tərəfi də var, görünməyən tərəfi də. Əsas fərqlilik, əlbəttə, inkişafdadır. Bütün sahələrdə olduğu kimi, aşıq sənətində də inkişaf olmasa, zəmanə ilə ayaqlaşa bilməz. Əvvəllər mağarlarda dastanlar deyilirdi, ustadnamələr səslənirdi. Bugünkü kimi TV bolluğu, internet və başqa təbliğat vasitələri yox idi. İnsanların əsas informasiya mənbəyi və ideoloji təbliğat aşıq idi. Səbirsizliklə gözləyərdilər ki, hansısa toyda dərvişlər, aşıqlar gələcək, dastanlar danışacaq, dini-ürfani bilgilər verəcək, dünyanın gərdişini anladacaq, onlar da qulaq asacaqlar...

- Aşıqlar həm də fikir, ideya daşıyıcısı idi...

- Əlbəttə. Elə aşıqlığlın mayasında da ideya dayanır... Aşıqlar öz ifaları ilə əslində ideologiyanı, elmi-ürfanı xalqa çatdırır, onları maarifləndirirdilər. İndi isə dövr, baxışlar dəyişib: dünyəviləşmə güclənib, açığın məclis aparmaq funksiyası üzə çıxıb. Məclisləri aparanlar isə çoxdur, çeşidlidir. Belə şəraitdə aşıq sənətini saxlamaq, sevdirmək asan olmur. Yeni texnologiya, repertuarın genişlənməsi və müasirləşmə klassik aşıq missiyasını, repertuarını istər-istəməz dəyişir.

- Demək müasirlik sazın əleyhinə işləyir.

- Bəli!

- Bəs aşıq sənətinin özündə yenilik nə dərəcədədir?

- Əsas yenilik zahiridir – səsgücləndirici aparatdan istifadə, müxtəlif repertuarların bizim repertuarımıza daxil edilməsi, əhalinin istəyinə uyğun müasirləşmə və s. Bütün bunlarla yanaşı, daxili – batini deyək də - dəyişikliyin, mahiyyət dəyişikliyinin çox olduğunu deməzdim. Azacıq şərait kifayətdir ki, o dediyimiz zahirə çıxsın. Bundan ötrü isə bir fərqli – şoudan, şoulaşmadan kənar, amma hazırkı verilişlərdən daha dinamik təbliğat mexanizminə ehtiyac var. Azərbaycan tele-məkanında aşıqlıq sənəti ilə bağlı iki veriliş var. Mənim bildiyimə görə, biri İctimai TV-də “Ozan” verilişidir, digəri isə AzTV-də. Musiqinin digər sahələri ilə bağlı, şou xarakterli verilişlər isə həddindən artıq çoxdur və bu da bizim milli varlığımızın atrubutlarından olan aşıq sənətinin təbliğatına imkan vermir.

Ayaqlaşa bilməsən, geri qalacaqsan

- Aşıq sənəti özündə nəyi ehtiva eləyir?

- Yaradıcı aşıq, ifaçı aşıq və ustad aşıq (ifaçı-yaradıcı) var. Məsələn, Aşıq Şakir həm ifaçı, həm də yaradıcı aşıq idi. Aşıq Mahmud, Aşıq Pənah da həm yaradıcı, həm də ifaçı idilər. Dastanlar söyləməklə bərabər, söz qoşardılar, mahnı yazardılar. Ona görə də onlar ustad adını alıblar. Bir məqam da var ki, sənətkarı xalq yetişdirir. Onlara, onların sənətinə diqqət çox böyük idi, onlardan klassik ifanı da, mükəmməl sözü də xalq tələb edirdi. Ancaq indi əhali daha çox “maral-maral” istəyir. Bir məclisdə ilahi eşqi təbliğ edən dastanı danışsan, sonacan dinləyərlərmi? Xalq bu gün nəyi tələb eləyirsə, onu da onlara verməliyik. Amma sənətkarın missiyası da odur ki, xalqın istədiyi ilə barəbar, ənənəni qorusun, klassikanı yaşatsın. Ona görə də aşıq sənətinin hazırkı durumunu qənaətbəxş saymıram.


Aşıq sənətini itirə-itirə gəlmişik

- Amma son vaxtlar aşıqların görüntüləri də çox olur...

- Olur. Mən özüm Avropada bir neçə rəsmi mərasimdə iştirak etmişəm, dövlət xətti ilə. Çox yaxşıdır bunlar. Gedirik, tədbirlərdə aşıq geyimini, papağını, sənətini təbliğ edirik. Amma siz düşündüyünüz qədər də keçmişdən bu günə olanları daşıya bilməmişik. Biz aşıq sənətini itirə-itirə gəlmişik.

- Bu yaxınlarda hansısa TV-də gənc, istedadlı aşıqların seçimi, axtarışı oldu. Bu da aşıq sənətinə ayrılan diqqətdir.

- Hə oldu, ötən ilə qədər davam elədi. Bu saat aşıq sənətinə gələn uşaqların sayı çoxalıb. Çox istedadlı, ümidverici aşıqlar yetişməkdədir.

- Bəlkə bu sənətə meyil həm də ona görədir ki, arada dolanışıq, populyar olmaq, tanınmaq var? Sizcə, dediyiniz istedadlı gənclərin bu sənəti seçməkdə məqsədi dolanışıqdır, yoxsa sənəti yaşatmaq?

- Əksəriyyətində dolanışıq dalıyca getməkdi.

- Deyim var: sənətkarı el yaşadar. Sizi dolandıran bu sənətdir? O dövr rəhmətlik Aşıq Mahmudun dolanışığı yaxşı idi, yoxsa bu gün onun övladı, həm fiziki, həm də mənəvi varisi Aşıq Vüqarın?

- Gəlin, etiraf edək ki, Sovet dönəmində maddiyata bu qədər ehtiyac, tələbat yox idi. Aşıqlar həftədə iki toya gedirdi. Birinci, ikinci, üçüncü günü yatıb dincəlirdilər. Heç toy da götürmürdülər. Səsini qoruyurdular. Ayda 8 toy ona bəs edərdi. Bəlkə də loru çixar, o vaxtın ən yaxşı avtomobili Qaz-24 idi. Onu minirdilər, iki mərtəbəli evdə otururdular. Biznes qurmaq şansları olmasa da, qazandıqları onlara bəs edirdi. Bir var yaxşı, bir də var çox yaxşı yaşamaq. O dövrün aşıqları öz zamanlarına uyğun çox yaxşı yaşayardı. İki il qazandığına hər işi görürdü. İndi bizim qazancımız onlara baxanda daha çoxdur, ancaq tələbat da böyükdür.


Aşığın prodüseri olmaz, şəyirdi olar


- Bir aşıq olaraq, tutaq ki, sizə bir prodüser lazım oldu, ondan necə istifadə eləyəcəksiz?

- Vallah, heç onun istifadə qaydalarını da bilmirəm. Prodüser o vaxt lazım olur ki, sən işini çatdıra bilmirsən. Mənim köməkçilərim həmişə yanımda olur, onlar tələbələrimdir. Aşığın yanında həmişə şəyirdi olub - həm öyrəniblər, həm də ustadlarına yardım ediblər.

- Kimin şəyirdi olmusuz?

- Mən atamın şəyirdi olmuşam, ondan görüb götürmüşəm.

- O düzdü ki, ustad şəyirdini tam hazır biləndə qəfildən ona ustad şilləsi vurur?

- Düzdür. Amma çox təəssüf ki, mən atamdan aşıqlıq sənətini birbaşa öyrənmədim. Əvvəl qarmon ifaçısı olmuşam. 20 il atamla məclislərdə, dövlət tədbirlərində çiyin-çiyinə iştirak etmişəm. Onun yaradıcılığını, hərəkətini, davranışını əxz eləmişəm.

Mən İncəsənət Universitetini bitirmişəm. Oxuyurdum, aşıq olmağı heç düşünmürdüm. Atam həmişə deyirdi ki, sən oxusan, yaxşı aşıq olarsan. Çox qəribə bir şeydir, dunyasını dəyişməmişdən üç gün qabaq Qobustana məclisə gedirdik. Dedi ki, mənim yaşım keçib, bəlkə sən açıq olasan? Dedim, yox, mən aşıq olmaq istəmirəm, yükü çox ağırdır. Amma müğənni olaram. Dedi ki, səsin şirindi, səndən yaxşı aşıq çıxar… Elə bil, vəsiyyət edirdi. Üç gün sonra rəhmətə getdi.

- Dünyasını dəyişdiyi çox uzun vaxt deyil, amma onun vaxtında da aşıq sənətində dəyişikliklər olub. Necə qarşılayırdı bunları?

- Aşıq Mahmudun özü aşıq sənətinə yenilik gətirən aşıq idi. Yəni aşıq Mahmud hər şeydən əvvəl, həm də bir neçə dastan müəllifidir.

- Hansı dastanlardı?

- “Aşıq Şakirin Tovuz səfəri”, “Aşıq Şakirlə Aşıq Pənahın Nardaran görüşü”... Deyişmələrin, qıfılbəndlərin, sözlərin müəllifi özüdür. Aşıq Mahmud çox böyük sənətkar olub. Nə vaxtsa hamı həyatdan gedəcək, amma Şirvan aşıq ənənəsi də son olaraq Aşıq Mahmudla getdi. Çünki mən də Aşıq Mahmudun davamçısıyam, amma aşıq Mahmud ola bilmərəm.


Tərbiyəm yol verməz


- Axırıncı dəfə hansı dastanı danışıbsız toyda?

- Axırıncı dəfə 2006-ci ildə Cəbirli kəndində “Xəstə Qasım” dastanını danışmışam. Dinləyən olsa, tələb olsa, neçə gözəl dastanlarımızı yaddaşlarda qoruyardıq. Təəssüf ki, yeni nəsil dastan bilmir – çünki onlardan tələb edilmir və onlar da öyrənmir. Beş-on havacat öyrənməklə kifayətlənirlər.

- Niyə qalmaqalda yoxsuz?

- Heç mənim tərbiyəm yol vermir ki, özümü hansısa qalmaqalla tanıdam. Ustad görəsən gərək. Ustad sənə tək oxumağı öyrətmir ki! Necə oturmağı, danışmağı, durmağı, səsini necə qorumağı öyrədir…

Heç kim Alim Qasımova deyə bilməz


- Deyir, ustadlar ustadnaməni bir yox, üç deyərlər... Sizdə neçədi?

- Əvvəllər ustadnamələr başlayar, sonra Peşro ilə davam edərdi. Peşro – məclisin girişidir.

- “Şirvan şikəstəsi”ni aşığın ifa etməsilə xanəndənin ifa etməsi arasında hansısa qohumluq var?

- Ruh eynidir, amma xanəndələr yanlış oxuyur. Heç kim Alim Qasımova deyə bilməz ki, yanlış oxuyursan. O, özünəməxsuz ifa edib və tarixə qovuşdurub bu havanı. Yəni aşıqlar şikəstəni heç vaxt qəzəllə oxumayıb, ümumiyyətlə, aşıq havalarında qoşma, gəraylı, təcnis, müxəmməsdir… İfada digər məqamlar da var – Şirvanda 11 şikəstə var. Xanəndələr oxuyanda bəzən bu şikəstələrin sərhədlərini pozurlar, bir şikəstədə bir neçə şikəstənin nəfəsini edirlər. Bir növ, ümumiləşdiriblər şikəstəni. Ancaq şikəstələrin hər birinin nəfəsi ayrıdır…

- Özünüzü daha çox hansı mahnıları ifa eləyəndə ifadə eləyə bilirsiz?

- Mən bayaq da dedim, indi də deyirəm, publikaya baxıram. Amma mən “Köpək şikəstə”, “Kərəmi” oxumasam, elə bil ki, o toydan əliboş, yarımçıq çıxdım. O qədər olub ki, toydan sonra demişəm: sanki bu toyda oxumadım.

- Bax, aşıq, biz bu məclisimizi, söhbətimizi o ovqatla başa vuraq ki, deməyəsiz, hər şey yarımçıq qaldı. Buyurun, oxucularımız üçün bir “Şirvan şikəstəsi” ifa edin...
\\axar.az\\











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17
Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11
Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00
Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru