Müğənni Zamiq Hüseynovun ünvanına sosial şəbəkədə xoşagəlməz sözlər yazılıb. Axşam.az-ın məlumatına görə, buna səbəb sənətçinin türkiyəli həmkarı Murad Bozu bəyənmədiyini və ona oxşadılmaqdan əsəbiləşdiyini deməsi olub.
“Onlar”a açıqlama verən ifaçı kiməsə bənzədilməkdən əsəbiləşdiyini bildirib: “Fərqli insanlarıq, bənzəmirik. Ona oxşadıldığım üçün əsəbiləşirəm. Açıqlamamda heç kimi təhqir etmədim, söymədim. Amma insanlar bunu birmənalı qarşılamadılar. Sosial şəbəkədə mənə söyüşlər belə söyürdülər. Öz fikrimi demişəm. Niyə oxşatmaq sözünü hamı pis qəbul edir? Niyə özümüzü zəif görürük? Bizim musiqimiz zəngindir, başqaları ondan istifadə edir. Bəlkə, Murad Boz geyimi ilə özünü mənə oxşadır? Biz internetdə axtarır, nələrsə tapırıq, götürürük. Ola bilməz ki, türklər də belə etsin? Mən bu cür geyinib, səhnəyə çıxanda Murad Boz heç məşhur deyildi".