“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                     Sülh prosesində iki çətin məsələ hansıdır? .....                     Generalın həyat yoldaşına vəzifə verildi .....                     Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... .....                     Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır .....                     Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir .....                     “Freedom House”dən görünməmiş həyasızlıq .....                     Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək .....                     “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                     ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... .....                     Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb .....                     “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” .....                 

Əməkdar artist: “Hər gün özümə ölüm arzulayıram”
Tarix: 12-03-2015, 08:48 | Çap et
Əməkdar artist: “Hər gün özümə ölüm arzulayıram”
Əməkdar artist, bir çoxlarımızın “İkinci səs”, “Yad qızı”, “Sənsiz” televiziya tamaşalarından sevdiyimiz və bəyəndiyimiz aktyor Füzuli Hüseynovla məhz teatr günündə görüşdük. Müsahibim tünd xasiyyətli olduğu qədər də maraqlı və şən insan idi. Müəyyən işləri ilə əlaqədar dəfələrlə müsahibəni təxirə saldığına baxmayaraq, biz nəhayət ki, uyğun vaxt tapıb görüşə bildik.

Bəhanələr...

- Füzuli müəllim, müsahibə üçün bu qədər bəhanələr nə ilə əlaqədar idi?

- Mən istəyirəm ki, müsahibə maraqlı keçsin. Müxbir məndən müsahibə almaq istəyirsə, mən ona dərhal “hə” cavabı vermirəm, fikirləşirəm ki, müxbir üçün məqalə, yazı deyil, şəxsən mənim söylədiklərim, mənim fikirlərim maraqlıdırsa, o məndən asanlıqla əl çəkməyəcək.

- Onda düşünmək olar ki, mən sınaqdan uğurla keçdim.

- Hə, amma bu müsahibənin gedişi ilə də bağlıdır.

- Elə isə hansı sualları sizə ünvanlamaq olmaz?

- Əvvəlcədən deyirəm, şəxsi və intriqa yarada biləcək sualları cavablandırmayacağam.

Siyasətdən uzağam...

- Belə bir qeyri-standart sual: bir çox həmkarlarınız vəzifə, nüfuz arzusundadır, hətta aralarında millət vəkili olmaq istəyənlər də var. Siz necə, namizədliyinizi irəli sürərdinzimi?

- Mən, ümumiyyətlə, siyasətdən uzaq insanam. Ola bilər ki, millət vəkili seçilə bilərəm, lakin olduqca aşkar və çılpaq danışdığım üçün məni dərhal “geri çağırarlar”.

- Bir dəfə sizə zəng etdikdə içkili olduğunuzu söylədiniz və müsahibədən imtina etdiniz. Ümumiyyətlə, tez-tez içirsiniz?

- Elə də tez- tez içmirəm. Dostlar, tanışlarla qonaqlıqlarda olanda olur.

- Sizcə, bir çox yaradıcı insanların içkiyə hədsiz meylini nə ilə izah etmək olar?

- Deməzdim ki, içkiyə yalnız yaradıcı insanlar meyillidir. O qədər yolda yaşayan insanlar var ki, hərəsi bir tərəfdə içib qalır. Mən deyərdim ki, çünki o qədər insan qəbul edir, o qədər problemlər həll edirlər ki, istər-istəməz əsəbləri tarıma çəkilir. Sadəcə, yaradıcı və tanınmış insanlar göz qabağında olduğu üçün kütlə mütəmadi olaraq onları izləməklə məşğul olur. Ümumiyyətlə, ayda 3- 4 dəfə içmək müsbət haldır.

- Sizin üçün vətəndən uzaqda qalmaq çətin deyil ki?

- Xeyr, istənilən ölkədə illərlə rahat şəkildə yaşaya bilərəm.

- Elə isə niyə Türkiyədə uzun müddət yaşamadınız? Bildiyim qədər, 2 ildən artıq yaşayıb, Bakıya qayıtdınız. Problem karyeranızla bağlı idi?

- Qətiyyən. Mən Türkiyəyə karyera, sənət arxasınca getmədim. Bir sıra işlərimiz vardı ki, sonra onlar Rusiya ərazisinə köçürüldü. İki il yarım Türkiyədə qaldıqdan sonra, Bakıya qayıtdım. Ümumiyyətlə isə mən mütəmadi olaraq harasa səyahət edirəm; bir ayağım Azərbaycandadır, bir ayağım xaricdə.

Həsən Turabovun arzusu ilə...

- Bir ara teatrdan da uzaq idiniz.

- Bəli. Teatra qayıdışım Həsən Turabovla bağlıdır. Çox sevdiyim, şəxsiyyətinə böyük hörmətlə yanaşdığım sənətkarın arzusu məni yenidən səhnədə görmək idi və mən onun istəyinə qarşı çıxa bilmədim.

- Son zamanlar çox az-az tamaşalarda yer alırsınız. Mümkünsə, səbəbini bizə açıqlayın.

- Açığı, elə bir qlobal problem olmur. Baxıram, ya əsər xoşuma gəlmir, ya rejissor işini bəyənmirəm, odur ki, mənə təklif olunan roldan imtina edirəm. Hal-hazırda teatr rəhbərliyindən ünvanıma səslənən narazılıq məhz bu məsələ ilə bağlıdır və mən bildirirəm ki, elə bir yaş dövrindəyəm, istər həyatda, istər səhnədə kifayət qədər təcrübə toplamışam. İstəmədiyim bir obraz üçün “yox” kəlməsini söyləməyə haqqım çatır.
- Füzuli müəllim, neçə yaşınız var ki?

- 53 hələ olmayıb. Amma həyat təcrübəm 53 yaşında bir insanın düşündüyündən artıq fikir söyləyir.

- Ürəyimdən, nədənsə, qəribə bir sual keçdi; görəsən, Füzuli Hüseynov neçə il ömür sürmək istəyir?

Ölüm arzulayıram...

- Heç neçə. Mən kifayət qədər yaşamışam. Bəsdir də. Bəlkə də, inanmayacaqsınız, amma özümə hər gün ölüm arzulayıram.

- Düşünmürsünüz ki, bu depressiyanın əlamətləri ola bilər?

- Bəlkə də. Hər halda, mən bu istəyimdə qətiyyətliyəm.

- Yəni, həyatda sizin üçün maraqlı heç nə yoxdur?

- Xeyr.

- O zaman özünüzü xoşbəxt hiss etmirsiniz?

- Ümumiyyətlə, xoşbəxtlik nədir?

- Fizuli müəllim, siz məndən soruşursunuz? Mən hətta özümü bir anlıq müsahib hiss etdim. Deyəsən, estafeti yavaş-yavaş əlinizə keçirirsiniz.

- (Gülür) Yox, yəni sözümün canı ondan ibarətdir ki, “xoşbəxtlik” ifadəsinin özü birmənalı şəkildə mücərrəd anlamdan ibarətdir. “Xoşbəxtəm” deyən insanların ağlına şübhə ilə yanaşıram.

Mən təsadüfi hallarda xoşbəxt ola bilərəm; dostum qonaq gəlib - xoşbəxtəm, axşam yatanda özümü xoşbəxt hiss edirəm. Amma ümumilikdə, xoşbəxtliyin nədən ibarət olduğunu anlamıram.

- Deməli, həyatınızdan razı deyilsiniz?

- (Gülür) Narazı olmağım da bir işə yaramır. Narazı olub nə edəcəm?

Həyatı boz rəngdə görürəm...

- Bütün müsahiblərimə ünvanlandırdığım bir psixoloji sualı sizə də ünvanlayıram: sizin üçün həyat hansı rənglərdən ibarətdir?

- Tünd rənglərdən, daha dəqiq desəm, həyat mənim üçün boz rəngdən ibarətdir.

- Tünd, boz rənglər - depressiyalı insanların seçdiyi rənglərdir.

- Ola bilər. Hər halda, mən elə hiss edirəm.

- Boş zamanınızı necə keçirirsiniz? Mütaliəni xoşlayırsınzmı?

- Əvvəllər mütaliə edərdim, indi xoşlamıram. Amma boş zamanımda balıq tutmağı sevirəm. Bu hobbim üçün hətta xüsusi olaraq Rusiyanın Astraxan vilayətinə gedirəm. Ümumiyyətlə isə səyahət etməyi çox sevirəm.

- Şəxsi həyatınızla bağlı sual verməməyi rica etdiniz, ancaq mənim üçün maraqlıdır: yaraşıqlı və tanınmış Füzuli Hüseynov üçün əlçatmaz, nakam sevgi olubmu?
- (Fikirləşir)...

Fanat sözünə nifrət edirəm...

- Yəqin, susmağınızı razılıq kimi qəbul etmək olar. Və ya istəsəniz, suala cavab verməyə bilərsiniz.

- Yox, sadəcə olaraq, düşünürəm. Bilirsiniz, mən “pərəstişkar”, “fanat” sözünə nifrət edirəm. Hörmət ola bilər. Füzuli Hüseynova oynadığı rollarla bağlı sevgi də yarana bilər. Yalnız bir şərtlə, həddi aşmamaq dərəcəsində. Bəzən elə qadınlar olur ki, manyak kimi gecə-gündüz insanı izləyirlər. Bu anormallıqdır.

Amma mənim kiməsə olan hisslərimlə bağlı yalnız onu deyə bilərəm ki, əlçatmaz xanım mənə görə deyil. Mən istəmədiyim xörəyi yemirəm.

- Bəzi tanınmış kişilər var ki, nüfuzlu və səlahiyyətli qadınların sevgilərinə rədd cavabı verdikləri üçün yollarında hər zaman maneələr olub. Sizdə belə hallar müşahidə olunubmu?

- Hə, çox olub. Amma mən qisas almağı sevən insan deyiləm.

- Qadınları nə zamana qədər “yad qızı” kimi qəbul edəcəksiniz?

- Vallah, yad-filan deyildirlər mənim üçün. Sadəcə olaraq, hər kəsin öz yeri var, hərəsi həyatımda bir parçadır, həmkar, dost, tanış, sevgili. Axı bunlar başqa-başqa anlamlara aid insanlardır, hamısını bir-birinə “qatıb-qatışdırmaq” olmaz.


Anam belə doğub...

- Çox maraqlıdır ki, hər dəfə “sevgili” dedikdə köks ötürürsünüz və gözlərinizə izaholunmaz kədər dumanı çökür.

- Gözlərimdəki o kədərdi, dumandı – hamısı doğulandan belədir. Nə edim? Anam belə doğub.

- “Sənsizlik” özünü tez-tezmi yada salır?

- Hərdən olur. Amma mən onu özümdən uzaqlaşdırmağa çalışıram.

- “İkinci səsinizə” qulaq asdığınız zamanlar çox olubmu?

- Olub. Amma əsas olaraq, çalışmışam ağlımın səsinə qulaq asım.

Aktyor peşəsinə hörmət azdır...

- Qəribə təsadüfdür, amma sizinlə məhz teatr günündə görüşdük. Üstəgəl, bu gün həm də yel çərşənbəsidir. Teatrın bugünkü vəziyyəti ilə razısınızmı və teatr əhlinə, teatra nə kimi arzularınız var?

- Deməzdim ki, teatrın bugünkü durumu ürəkaçandır. Söhbət, əlbəttə ki, yenicə təmir olunmuş binadan, səhnə tərtibatı və s. kimi yenilikdən getmir. Ümumiyyətlə, aktyor peşəsinə hörmət azdır, maaşlar aşağıdır. Teatr mütləq şəkildə inkişaf etməlidir. Teatr əhlinə aid müəyyən kütlə var ki, onlar qırmızı xətdən kənarda dayanıblar və onları dirçəltmək qeyri- mümkündür. Biz ara-sıra etiraz səsimizi ona görə yüksəldirik ki, vicdanımız qarşısında hesabat veririk, nəyin doğru olduğunu dərk edirik.

- Sonuncu dəfə hansı filmdə və tamaşada yer almısınız?

- Ayın 6-sı Çingiz Abdullayevin əsəri əsasında Yavər Rzayevin quruluşçuluğu ilə çəkilən “Dronqo” filmində yer aldım. Və hal-hazırda 2 tamaşada oynayıram: “Generalın son əmri” və “Teleskop” tamaşalarında yer alacağam.

“Onsuz da hamınız güllələnəcəksiniz...”

- Sizinlə səhnədə baş verən gülməli bir hadisəni bizə nəql edərdiniz.

- Gülməli hadisələr çox olub, amma birini sizə danışa bilərəm. Demək, orta əsrlərə aid səhnədə gözətçi rolunu ifa edirdim. Rejissor tapşırdı ki, qapı açılacaq və daxil olub deyərsən: “Kəsin səsinizi, onsuz da səhərə hamınız asılacaqsınız! Bax, “güllələnəcəksiniz” deyərsən ha-a birdən?! “Asılacaqsınız” de, diqqətli ol!”

Mən də razılaşıram. İndi səhnəyə çıxışım zamanı gedib nə desəm, yaxşıdır? “Onsuz da səhərə hamınız güllələnəcəksiniz!” Səhnədə də qılınc-qalxan dövründən bəhs olunurdu.

- Xanım tərəf-müqabillərinizdən hansı ilə işləmək daha asandır?

- Düşünmədən deyirəm, birinci növbədə - Sənubər İsgəndərli, ikinci - İlahə Həsənova və Dilarə Əliyeva ilə çalışmaq mənə xüsusi zövq verir. Bu qadınlar aktrisa kimi olduqca həssas və anlayışlıdırlar.

İncəsənətə təsadüfi gəldim...

- İncəsənət aləminə gəlişinizlə bağlı açıqlama edərdiniz və mümkünsə, teatrın təməlini sizə izah edən və sevdirən müəllimlərinizin adlarını çəkərdiniz.

- İncəsənət İnstitutuna ona görə daxil oldum ki, orada riyaziyyat fənni yox idi. Mən imtahan verdim və qəbul olundum. Ailəmizdə, məndən savayı, ömrünü incəsənətə bağlayan ikinci insan yoxdur. Mən də tam təsadüfi gəldim sənətə. Müəllimlərimdən isə Zəminə Hacıyeva, Fuad Hacıyev və Nəsir Sadıqzadənin adını çəkə bilərəm.

- Tam təsadüfi incəsənət aləminə gəldiniz və aktyor kimi yetişməyə başladınız.

- Yox, mən aktyor deyiləm.

Müsahibəni bəyənmədim...

- Bəs kimsiniz?

- İstənilən peşə sahibiyəm, amma aktyor deyiləm. Bu müqəddəs peşəni çox aşağı səviyyəyə gətiriblər və haradasa, bu baxımdan bizim günahımız az deyil!

- Sizinlə müsahibəyə başladıqda müsahibələrin maraqsız olduğunu söylədiniz. Bu müsahibəni necə, bəyəndinizmi?

- Acığı, bəyənmədim. Mən qorxurdum, siz mənə elə suallar verəcəksiniz ki, mən divara qısılıb qalacam. Amma adi müsahibə oldu.

- Hər halda, depressiyadan əziyyət çəkən, şəxsi və intriqa yarada biləcək suallara qadağa qoyan şıltaq aktyorumuzu müsahibəyə cəlb etmək özü bir hünər istəyir, elə deyilmi?

- Bəlkə də. Ola bilər ki, siz haqlısınız.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru