"Mənə çoxlu sevgi mesajları gəlir, onlara inanmıram" - Mətanət
Tarix: 25-03-2015, 11:37 |
Çap et
Müğənni Mətanət Əsədova “Gündəlik” verilişinin qonağı olub.
“Qafqazinfo”nun məlumatına görə, sənətçi uğursuz sevgisindən danışıb: “Mən sevginin varlığına inanmıram. Məni çox sevən var. Bəzən deyirlər ki, onu yola verirəm. Cavab verirəm ki, yola vermirəm, sənin öz yolun var. Mənə çoxlu sevgi mesajları gəlir. Onlara inanmıram, bəlkə bir gün sevginin varlığına inanacam.Sevgi ilə ailə qurmamışdım, o evlilik qəfildən oldu. Həyat yoldaşımdan insan kimi xoşum gəlmişdi. Düşündüm ki, bir-birimizi tanıyıb sevərik. Amma alınmadı. Toylardan vaxtım olmadı ki, evliliyimə vaxt ayırım”.