Türkiyədə yaşayan azərbaycanlı model-aktrisa Günay Musayeva həyat yoldaşı, aktyor Tolqa Kareldən boşanmasından bəhs edib. Axşam.az-ın məlumatına görə, bu haqda “Onlar”da danışan model ayrılma qərarını özünün verdiyini bildirib: “Boşanma qərarı aldım, məhkəməyə müraciət etdim. Yaxın günlərdə nəticələnəck. Ailə qurmaq kimi boşanmaq da normal bir haldır. Son vaxtlar işimdə hər şey gözəldir, yeniliklər boldur, ən çox sevdiyim insan - oğlum Cahangircan yanımdadır. Belə xoşbəxtəm və rahatam. Haqqımda çox xəbərlər yazırlar, fikir vermirəm”. G.Musayeva arıq olmasına baxmayaraq, heç vaxt pəhriz saxlamır: “Bakıya bayram ərəfəsində gəlmişəm. Şəkərbura, paxlava, yağlı plov yeyirəm. Heç pəhriz saxlamıram. Xanımlara məsləhət görürəm ki, çoxlu su içib, idman etsinlər. İdman formada qalmaq üçün vacib amildir”.