Daha bir müğənni əcnəbi rejissora klip çəkdirəcək
Tarix: 18-04-2015, 10:31 |
Çap et
Müğənni Samira Allahverdi “Çarəsizəm” mahnısına klip çəkdirməyə hazırlaşır.
Axşam.az-ın məlumatına görə, “Starlife” verilişinə açıqlama verən ifaçı əcnəbi rejissorla işləyəcəyini deyib:
“Rejissor Ukraynadan olacaq. Adını söyləyə bilmərəm. Çəkiliş zamanı özünüz hər şeyi görəcəksiniz. Öz rejissorlarımızı da çox bəyənirəm. Sadəcə olaraq, burada iş bir qədər başqadır”.
Samira “Bakı-2015” Avropa Oyunlarında idmançılarımıza dəstək olmaq üçün mahnı hazırladığını bildirib:
“Oyunlara çox az qalıb. İdmançılarımızı dəstəkləmək üçün Cessi Cinin repertuarından gözəl bir mahnını seçib Azərbaycan dilində sözlər yazdırdım”.
S.Allahverdi toyları biznes kimi görmədiyini deyib:
“Mən toylara can atmıram. Dəvət olunanda gedib mahnılarımı ifa edirəm. Çalışıram qonaqların zövqünü oxşayım. Bu da alınır”.