Əsas Səhifə > Şou-biznes > Daha bir müğənni əcnəbi rejissora klip çəkdirəcək
Daha bir müğənni əcnəbi rejissora klip çəkdirəcək18-04-2015, 10:31 |
Müğənni Samira Allahverdi “Çarəsizəm” mahnısına klip çəkdirməyə hazırlaşır. Axşam.az-ın məlumatına görə, “Starlife” verilişinə açıqlama verən ifaçı əcnəbi rejissorla işləyəcəyini deyib: “Rejissor Ukraynadan olacaq. Adını söyləyə bilmərəm. Çəkiliş zamanı özünüz hər şeyi görəcəksiniz. Öz rejissorlarımızı da çox bəyənirəm. Sadəcə olaraq, burada iş bir qədər başqadır”. Samira “Bakı-2015” Avropa Oyunlarında idmançılarımıza dəstək olmaq üçün mahnı hazırladığını bildirib: “Oyunlara çox az qalıb. İdmançılarımızı dəstəkləmək üçün Cessi Cinin repertuarından gözəl bir mahnını seçib Azərbaycan dilində sözlər yazdırdım”. S.Allahverdi toyları biznes kimi görmədiyini deyib: “Mən toylara can atmıram. Dəvət olunanda gedib mahnılarımı ifa edirəm. Çalışıram qonaqların zövqünü oxşayım. Bu da alınır”. Geri qayıt |