Xatirədən aktrisaya: "Yalançı sizsiniz, özünüzə hörmət edin" - qalmaqal
Tarix: 23-05-2015, 10:20 |
Çap et
"Maşın" realiti-şousunda əməkdar artist Mehriban Xanlarova ilə Xatirə İslam arasında qalmaqal yaşanıb.
Axşam.az-ın məlumatına görə, aktrisa xalq artisti Aygün Kazımovanı X.İslamın istəyi ilə oyundan uzaqlaşdırdığını iddia edib:
"Xatirə İslam bilirdi ki, Aygün Kazımovanı çıxaracam. Və məndən o xəbəri alıb, baqaj tərəfdə dayanan (Emil Bədəlov və Aşıq Əli - red.) dostlarına çatdırdı. Hətta o dedi ki, Aygünü uzaqlaşdır".
Müğənni M.Xanlarovanın ittihamlarını qəbul etməyib. O, aktrisanın ünvanına sərt sözlər deyib:
"Yalançı siz özünüzsünüz. Özünüzə bir az hörmət edin. Siz marketdə, küçədə - ictimi yerlərdə də belə danışırsınız? Əməkdar artistsiniz ey, biz sizdən örnək götürməliyik. Mən demişəm Aygünü çıxart? Niyə edirdin? Mənim ağlımla oturub-durursan? Əslində, onun çıxaracağı insanın dəqiq Aygün olduğunu bilmirdim. Deyirdi ya Aygünü, ya Güneli çıxardacam. Mən də məsləhət gördüm ki, Aygün Kazımovanın adını canlı yayımda çəkməyin, səs toplaya bilməzsiniz".
Qeyd edək ki, X.İslam səs toplayaraq, M.Xanlarovanı yarışdan uzaqlaşdırıb.