Müğənni Röya Ayxanın “Azad Azərbaycan” telekanalında aparıcılıq etmək istəyi baş tutmayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, ifaçının bir neçə ay öncə anons etdiyi “Röya Show” adlı proqram yayımlanmayacaq. Məlumata görə, ifaçı verilişin sponsorları ilə razılığa gələ bilməyib. Xatırladaq ki, R.Ayxan bu ilin yanvarında açıqlama verərək bildirmişdi ki, aparıcılığa başlayacaq: “Xəbəriniz olsun, bir aya çox böyük və möhtəşəm bir televiziya verilişi ilə evinizin qonağı olacam. 8 aydır üzərində çalışılan proqramda iki saat sizinlə oxuyub, deyib-güləcəyik". Bundan əlavə ifaçı verilişin anonsunu da sosial şəbəkədəki səhifəsində paylaşmışdı. Qeyd edək ki, Röya 2008-ci ildə “Lider” kanalında yayımlanan "Özümüz bilərik" tok-şousunun aparıcısı olub.