Moderator.az xəbər verir ki, 5/5 proqramının aparıcısı Zaur Kamal müğənni Günel Ələkbərovaya gözlənilməz sual verib.
“Yoldaşın evə gecə 12-də gəlir? Uşaq axıra kimi ata deyə biləcək? Deyirlər, toy söhbəti oyun idi, gəldi və getdi” suallarına sənətçi belə cavab verib:
“Allah bütün uşaqlara ata-ana deməyi nəsib etsin. Bizim ailəmizdə hər şey yaxşıdır. Sən narahat olma. Mənim həyat yoldaşımla yaxından tanış olarsan. Kim nə deyir-desin, fərq etmir”.
Sonra Zaur Kamal “Bunun əlindən mikrofonu alın. Efirdə özünü yaxşı, ağır apar. Şıltaqlığın lazım deyil. Verilişə gec və havalı gəlmisən“”, - deyə Günel Ələkbərovanı pərt edib.