“Bozbash pictures”in Fəlakəti - Elşən Orucov şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
Axşam.az-ın məlumatına görə, aktyor “Onlar”da tanınmış bir xanımla münasibəti olduğunu etiraf edib:
“Mənə aid olan şəxsi həyatı açıqlamaqla heç nə əldə etmirəm. İstəmirəm ki, həyatımdakı şəxsi hadisəni kimsə bilsin. Bəli, həyatımda tanınmış xanım olub. Buna peşman da deyiləm. Münasibəti ikimiz bilirik. Heç kimə də danışmırıq. Həmin xanım Röya deyil. Röya mənim yaxın dostumdur. Onla bağlı şayiələri ciddiyə almıram. Bu söz-söhbət həmişə də olacaq. Əgər bir insanla dostluq edirəmsə, sırf dostuq. Sevgi ola bilməz”.
E.Orucov “Bozbash pictures” kollektivində yaxın günlərdə toy olacağını da gizlətməyib:
“Üzümüzə gələn yarım il ərzində xeyir iş gözlənilir. Amma bu toy kollektivimizin hansı üzvünə aiddir deyə bilmərəm. Mənim həyatımda isə sevgi yoxdur”.
Aktyor haqqında yayılan ev və maşınla bağlı söz-söhbətlərə də son qoyub:
“Öz halal qazancımla maşın almışam. Şəxsi evim isə yoxdur. Valideynlərimlə bir yerdə yaşayıram. Haqqımda yayıldı ki, guya mənə mənzil, maşın hədiyyə ediblər. İlk dəfə idi ki, insanlar belə xəbəri sevinə-sevinə qarşılayırdılar. Axı həmişə tənqid edirlər".