Xatirə İslam pivə içib bunları yazdı: - "Mən rahat yaşamağa qərar vermişəm"
Tarix: 5-08-2015, 04:46 |
Çap et
Ailəvi şəkildə paytaxt restoranlarını birində şam edən müğənni Xatirə İslam fotosunu İnstagramda paylaşıb. Gecce.az-ın məlumatına görə, pivə bakalını əlində tutub foto çəkdirən sənətçi kompleksiz olduğunu və bu görüntünün normal qarşılanmasını təvəqqi edib. İroniyalı şərhlərin olacağını düşünən X.İslam ğncədən və yarızarafatla bunları qeyd edib:
"Hərdən belədə olur. Yayda olarda. Mən rahat yaşamağa qərar vermişəm. Sözbaz adamlar bezdirsə, köçəcəm xarici ölkələrin birinə. Oralarda söz-söhbət olmur".