"İnşallah, arzum sənətdə idealım olan İbrahim Tatlısəslə görüşməkdir"
Tarix: 28-08-2015, 09:16 |
Çap et
Türkiyənin Tv 8 kanalında yayımlanan” Rising star”da səsi ilə hamını heyran edən azərbaycanlı müğənni Rəşad Altınsəs Bakıya qayıdıb. Gecce.az-a açıqlama verən ifaçı bunları qeyd edib:
“Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Demet Akalın məni arzularıma çatdırdı. Həqiqətən də duyğusal və mərhəmətli insandır. İnşallah arzum sənətdə idealım olan İbrahim Tatlısəslə görüşməkdir. Onun əllərindən öpüb, xeyir-duasını almaq tək istəyimdir. Müsabiqə ilə bağlı bir sıra layihələr düşünülüb. Təfərrüatə barədə mənə izn verildikcə danışacam” .