"Dilim çürüməsin, toyqabağı həvəsləndirdilər, başladım danışmağa"
Tarix: 19-09-2015, 11:42 |
Çap et
Meyxanaçı Namiq Qaraçuxurlu özünə qadağa qoyub.
Axşam.az-ın məlumatına görə, sənətçi "Star life" verilişinə açıqlamasında şəxsi həyatı ilə bağlı bundan sonra heç vaxt danışmayacağını bildirib:
"Şəxsi həyatımdan çox danışdım. Ona görə də şayiələr yayıldı. Kim nə gəldi danışır. Özümə qadağa qoymuşam. Nə sual verirlərsə, cavab verməyəcəm. Dilim çürüməsin, toyqabağı həvəsləndirdilər başladım danışmağa. Nəticəsi pis olur.".
N.Qaraçuxurlu gələcək xanımına heç bir şərt qoymadığını bildirib:
"Böyük şərtlərlə qurulan ailə uzun davam etməz. Ondan tək istəyim odur ki, sənətimi başa düşsün. Çünki biz sənət adamları hətta dostlarımızla problemlər yaşayırıq. Bizi bəzi hallarda başa düşmək çətindir. Xanımın çalışmamasının, evdə oturmasının əleyhinəyəm. Əgər bacarığı varsa, bunun qarşısını almaq olmaz. Əksinə kişi xanımına dəstək olmalıdır. Həm də indi gözəl imkanlar var".
Qeyd edək ki, N.Qaraçuxurlunun toyu oktyabrın 12-də olacaq.