"Gənc xanımlar məni eşitsin, səhv etməsinlər" - Azərbaycanlı müğənni
Tarix: 29-09-2015, 08:14 |
Çap et
Roza Zərgərli erkən ailə həyatı qurub, 16 yaşında ana olmağa hazırlaşan qonşusundan danışıb.
Gecce.az xəbər verir ki, "Yeri gəlmişkən" verlişində qonaq olan R.Zərgərli bildirib ki, subay vaxtlarında ana olub, fiqura korlayan xanımlara acıyırmış:
" Qonşumuzda bir gəlin var idi. 16 yaşında ailə həyatı qurmuşdu. Ana olmağa hazırlaşırdı. Ona baxıyıb deyirdim ki, uşaq olanda fiquran korlanacaq. Uşaq evindən uşaq götür saxla. Deyirdim ailə həyatı qursam, övladmın olmasını istəməyəcəm. Elə oldu ki, mən də erkən yaşında ailə həyatı qurdum. İki övladımın olacağını təsəvvür belə etmirdim. Həmişə deyirdim ki, gəlincik saxlayacam, uşaq kimi baxacam. Amma hər şey planlaşdırdığımız kimi olmur. İstəyirəm ki, gənc xanımlar məni eşitsin və belə səhv qərarlar verməyə tələsməsinlər. Qadına ana olmaq yaraşır".