İlhamə Quliyeva: "Mən gözəllər gözəliyəm, kraliçayam"
Tarix: 12-10-2015, 09:05 |
Çap et
Xalq artisti İlhamə Quliyeva yenə iddialı danışdı.
Gecce.az xəbər verir ki, gözəlliyi ilə qürrələnən xalq artisti çoxunun onun yerində olmaq istədiyindən Atv Maqazin verlişinə danışıb:
"Kimin ağlı çaşıbsa, deyirəm "Allah ağıl vesin". Ömrümün çoxunu yaşamışam, az hissəsi qalıb. Bu az hissəsində ləyaqətli yaşamaq istəyirəm. Padşaha çox söz, meyvə ağacına çox daş atarlar. Əgər o daşlar atılmırsa, deməli mən həyatda yoxam. Bəli, mən gözəllər gözəliyəm, kraliçayam. Bəziləri məni həzm edə bilmir. Ona görə ki, mən fəaliyyətdəyəm ,varam. Mənim başmağımı geyinirlər, yerişimi yeriyə bilmirlər. Mən onları qınamıram. Hər bir kəs istəyir ki, mənim yerimdə olsun. Ola bilməzlər. Deyirlər ki, İlhamə xanım özündən razıdır. Bəli, mən özümdən çox razıyam.Özümə böyük hörmətim var və hörmətli insanam".