"Gələcək həyat yoldaşımı seçirəm" - "Ağsaqqal" qız axtarır...
Tarix: 22-10-2015, 09:06 |
Çap et
“Bozbaş pictures”in Ağsaqqalı Azər Baxışəliyev subaylığın daşını atacaq.
Gecce.az danışan Azər evlənməyə hazırlaşdığını dedi.
“Evlənmək barədə uzun müddətdir düşünürəm. Evlənmək üçün insanın yarının olmasıdır. Əsas məqam üzərində dayanmışam. Gələcək həyat yoldaşımı seçirəm. Ailəmlə belə götür-qoy etmişik ki, toy gələn il olsun. Bu mövzuda ailəmin fikri önəmlidir. Seçəcəyim xanımı ilk öncə ailəmlə tanış edəcəm. Mənim üçün ən başlıcası tərəflərin bir-birinə hörmətinin olmasıdır. Bu olduğu təqdirdə, sağlam bir ailənin formalaşacağına inanıram".