Günay İbrahimliyə İnstagramda təhqiredici ismarıclar yazırlar - “utanmırsan, kiminsə sevgilisini əlindən alırsan?”. Bu şərh Günayı özündən çıxarıb.
Gecce.az xəbər verir ki, müğənni bu barədə “10lar”a açıqlama verib:
"Mən elə insanlara cavab vermirəm. Elə mesajlar mənim üçün maraqlı deyil. Onu yazanlar, məni gözdən salmaq istəyənlərdir. Məni tanıyanlar bilirlər ki, belə hərəkətlərə yol vermərəm. Özünə hörmət edən, biri belə hərəkət etməz. Mən heç kimin sevgilisini əlindən almamışam, almaq fikrim yoxdu. Həyatda bir oğlan var ki, başqası yoxdur? Mən o prinsiplə yaşayan insan deyiləm. Öndə olan insanları hər zaman yıxmağa çalışıblar. Mən şəxsi həyatımdan danışmaq istəmirəm. Şəxsi həyat gizli qalsın. Zamanı gələndə hər şeyi çılpaqlığı ilə açacam".
“Müğənni günahlarından da danışıb:
“Elə bir hərəkətim olub ki, ona görə illərlə peşman olmuşam.İndi də yadıma düşəndə əsəbiləşirəm. Alnım açıqdır və pis çevrədə deyiləm. Günahsız insan yoxdur. Əsas odur insan etdiyi günahlardan nəticə çıxarsın".