"1 həftədir ki, mahnım ərsəyə gəlib"
Tarix: 30-10-2015, 09:04 |
Çap et
Müğənni Günay İbrahimli yaradıcılığındakı yeniliklərdən söz açıb. SİA-ya danışan ifaçı yeni layihər üzərində çalışdığını deyib: “Bildiyiniz kimi “Günah” adlı mahnım işıq üzü gördü. 1 həftədir ki, mahnım ərsəyə gəlib. Bəstənin sözləri Sənanın, musiqisi və aranjimanı Tərlan Məmmədhüseynovundur. Tezliklə bu mahnıya klip çəkdirəcəm. Eyni zamanda “Sənə bağlanıram” bəstəmin remixsi hazırlanır ki, el şənliklərində ifa edə bilim. Daha 2-3 yeni lahiyələr olacaq. Həmin proyektlərin nə olacağını açıqlamıram. Çünki hələ ki, təsdiqlənməyib”.