Əməkdar artistdən millət vəkilinə: "Sənə olan sevgini ..."
Tarix: 3-11-2015, 09:35 |
Çap et
Əməkdar artist Aybəniz Haşımova millət vəkili Qənirə Paşayevanı yenidən deputat seçilməsi münasibətilə təbrik edib.
Axşam.az-ın məlumatına görə, müğənni onla bağlı təəssüratlarını bölüşüb:
“Gözəl insan, əziz bacım, eşq başqadır. Sənə olan sevgini bir daha səni sevənlər təsdiq etdilər. Çünki sən sevgiyə layiqsən. Səni və səni ürəkdən sevənləri təbrik edirəm. Sən millətinin əsl qızı, millət vəkilisən. Qənirə xanımın timsalında seçkilərdə qalib gələnləri təbrik edirəm. Gələcək işlərinizdə uğurlar arzulayıram”.