“Əvvəlki şəkillərimlə hicablı fotolarımı yan-yana qoyub paylaşırlar” - Xuraman Şuşalı
Tarix: 3-11-2015, 10:51 | Çap et
DİA.AZ Müğənni Xuraman Şuşalının “Qafqazinfo”ya müsahibəsini təqdim edir:
- Ailə qurandan sonra müğənniliklə vidalaşdız, hicaba keçdiz və bütün həyat tərzinizi dəyişdiz. Maraqlıdır Xuraman Şuşalı sənətə dini mahnılarla dönüş etmək istəmir? Yəqin, bilirsiz də dini mahnılar oxuyan Sami Yusufun ölkəmizdə böyük auditoriyası var.
- Yeni mahnılar yazdırıram, bunların içərisində dini mahnılar da yer alacaq. Bəstəkarlar dini mahnılar yazıb göndərirlər. Bəzi mahnılarımın isə sözləri dəyişdiriləcək və dinlə bağlı olacaq. Yenidən sənətə qayıdış edəcəm. Hazırda isə övladım balacadır, ona ana südü ilə qayğı göstərirəm, yanından çox aralanmıram. Mərasimlər, tədbirlər üçün vaxt tapmağa çalışıram. Yaradıcılığıma çox vaxt ayıra bilmirəm, çünki o zaman uşağım kənarda qalacaq. Övladımın mənə ehtiyacı var. Balaca oğlumu ya mən, ya da atası qoyub gedəndə küsür, üzümüzə baxmır, yemək yemir. 11 aylıq olsa da, bu cür xasiyyəti var.
- Bir neçə ildir ki, hicab bağlayırsınız. Amma bu addımınız hələ də müzakirə olunur.
- Cılız insanlar mənim əvvəlki şəkillərimlə hicablı fotolarımı yan-yana qoyub paylaşırlar. Kimə nə sübut etmək istəyirlər? Allahın qaldırdığı insanı endirmək istəyirlər? Allah köməkləri olsun, onları hidayət etsin. Bilsinlər ki, Allah bir insana kömək olubsa, onu qaldırıbsa, onların məni yıxmağa çalışması hədərdir.
- Həyat yoldaşınıza görə şou-bizneslə vidalaşıb dindar olmağa qərar verdiz?
- Həyat yoldaşımla məni bir-birimizə İslam dini, onun Allaha olan eşqi bağladı. Allaha olan eşqim isə məni dinə gətirdi. Həyat yoldaşımın dəstəyi böyük oldu. Hər dəqiqə mənə deyir ki, səni Allaha bağlayan insanlarla dostluq et. Bu sözlər hədislərimizdəndir. Pis yolun yolçusu olmamaq üçün dinə bağlı insanlarla dostluq etmək lazımdır. Mühit insana böyük təsir edir.
- Nə zamansa, hicablı, üç uşaq anası olacağınızı düşünürdünüz?
- Mən nə vaxtsa hicab bağlayacağımı bilirdim. Üç övlad heç vaxt düşünməmişdim. Hər şey bir anın içində baş verdi, Allah mənə gözəl ailə bəxş etdi.
- Xuraman xanımın qadınlara hansı tövsiyələri var?
- Qadınlarımıza arzu edirəm ki, ailələrini qorusunlar. Karyeranı üstün tutmasınlar. Xəyanətə görə ailələrini dağıtmasınlar. Allah da ailənin dağılmasını istəmir. Həyat yoldaşın zülm edirsə, onda ayrıla bilərsən. Dözülməz evliliyi bitirmək olar. Dözsən, mükafatın var. İslama doğru gəlsinlər, çoxövladlı olsunlar, axirətlərini düşünsünlər.
(Bu zaman fotoqrafımız Nuran şəkil çəkməyə başlayır)
- Yeri gəlmişkən, Xuraman xanım, adətən hicablı qadınlar şəkil çəkdirmir. Deyirlər, dində bu qadağadır.
- Bu geniş mövzudur. Şəkil çəkdirmək düzgün deyil. Mən üzdə olan xanımam, ona görə, şəkil çəkdirirəm, Allah bağışlasın.
- Adətən hicablı xanımlar hicab bağlamayanları birmənalı qəbul etmir, sizin buna necə münasibət bəsləyərsiz?
- Heç kim sabah başına nə iş gələcəyini bilmir. Deyir ki, onun günahından xəbərin ola bilər, tövbəsindən xəbərin olmaz. Kim deyərdi ki, axşam şou proqramdan gəlib, səhər sübh namazı qılıb, hicab bağlayacam? Hansı hicablı özünə zəmanət verir ki, sabah başını açmayacaq? Heç kim başqasının haqqına girməsin. Hicablı xanım olub ki, mənə yaxınlaşıb bildirib ki, siz efirdə oxuyanda sizdən acığım gəlirdi, ünvanınıza pis sözlər deyirdim, haqqınızı halal edin.
Bir xanım “İnstagram” səhifəmdə yazdı ki, səni hamının gözündən salmaq istəyirdim, sənin ünvanına pis sözlər deyirdim, özümdən şayiələr çıxarırdım, nə üçün belə etdiyimi bilmirəm, hicaba keçmisən, məni bağışla və haqqını halal elə. Mən başıaçıq olsaydım da, onu bağışlayardım.
Heç kim başqasının haqqına girməməlidir. Bu gün 1 nömrə günah qazanan insan sabah elə bir tövbə edər, imana gələr ki, onu ələsalan hicablıdan da çox savab qazanar. Hər şey Allahın əlindədir. “Heç vaxt başımı açmaram” deyənə Allah elə edər ki, hicabını açar. Allah o günü bizə göstərməsin. Həyatdır, imanımız güclü olsun. Elə insan var ki, ailədə hicabla böyüyür. Elə ailə var ki, qızının başını bağlamasını istəmir. Başıaçıq insanlara tənə etmək olmaz. Gözəlliklə hicabı təbliğ etməlisən.
- Sosial şəbəkələrdə də tez-tez bu mövzu müzakirə olunur. valideynlər azyaşlı qızlarına hicab bağlayır, siz necə qızınızı məcburən hicaba keçirərsiz?
- İslamda məcburiyyət yoxdur. Qızımın 3 yaşı var. İndi ona qısa da geyindirirəm, evdə oriyental da oynadıram. Onun rəqsini də sevirəm. Amma mən onu elə ab-havada böyüdəcəm ki, həddi-buluğa çatanda özü hicab bağlayacaq.
- Bəs etiraz etsə...
- İnanmıram ki, hicab istəməsin. Atası ilə onu dini ab-havada böyüdürük. Zorakılıqla hicaba keçirmərəm.
- Türk müğənni Niran Ünsal da hicaba keçib. Amma meyhanədə səhnəyə hicabın üstündən parik taxıb çıxacağını açıqlamışdı. Bu fikir etiraza səbəb oldu və Ünsal da meyhanə konsertini ləğv etdi. Hicablı xanımın parik taxıb konsert verməsinə münasibətiniz necədir?
- Hicabsız xanımlar bəzən danışır ki, hicablılar lak çəkir, onları savadsızcasına müzakirə edirlər. İçki məclisinə girmək haramdır. Nəinki, hicablı, başıaçıq insanın da içki məclisinə girməyini istəmərəm. Allah o məclisi lənətləyib, hər an o məclisə bəla gələ bilər.
Parik qoymağa gəldikdə isə bu düzgün addım deyil, yenə də kimisə cəlb edirsən. Birdən-birə şan-şöhrətdən, var-dövlətdən vaz keçmək çox çətindir. Allah güc versin, qəbirdə tək yatacağıq. İnsan birinci axirətini düşünsün. Adam var ki, nəsli-kökü saxladığını deyir. Nəslə-kökə Allah əl-ayaq verib, istəsələr onlar da dolanacaq. Var-dövlətə görə, günaha batmayaq. Əsasən, qızlara demək istəyirəm ki, dinə bağlansınlar, Allah onlara halal yol, yaxşı ər qismət etsin. Allah tövbəsiz canımızı almasın, halal yol qismət etsin.
- Bir az da Aşuradan danışaq. Son Aşura həm mediada, həm də sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Bu gün, bu əsrdə o qədər insanın aşuranı anması etirazla qarşılandı. Yəqin, Məşədi Dadaş məscidinə gedən insanları gördüz. Siz bu barədə nə demək istəyirsiz?
- İnsanlar çox nahaq etiraz edirlər. Sovet dövründə bizi dindən ayıra bilmədilər. Allahı, peyğəmbəri sevirsən, onun nəvəsini sevmirsən? Mən o insanları anlamıram, Allahı sevirsən, amma Allahın əziz bildiyi bəndəni sevmirsən? Biz İmam Hüseynə səcdə getmirik, Allahlaşdırmırıq. Peyğəmbərin nəvəsini sevirik. O Allahın köməkliyi ilə bizə dini çatdırıb. Onun başı kəsilərək nizələrə taxılıb, şəhər-şəhər gəzdirilib. O imamı necə sevməyəsən, onun üçün necə göz yaşı tökməyəsən? Mən Aşura günü məscidə getmədim, yoldaşım getdi. O evə gələndə videoya baxıb ağlayırdım. Eşq-sevgi başqa şeydir. Biz keçmişimizi unutsaq, gələcəyimiz də olmayacaq.
- Mən dindar deyiləm və dini bilgim də yoxdur. Sadəcə sizdən bir şeyi sorusuram, xahiş edirəm səmimi cavab verin. Bir insanın atası, qardaşı vəfat edəndə, hətta canın bir parçası övladı öləndə ona 1-2 il, uzaqbaşı 10 il yas saxlayır, sonra həyatına qaldığı yerdən davam edir. 1000 il əvvəl ölən birinə insanların yas saxlaması nə dərəcədə səmimidir?
- Bu belə olmalıdır, Allah bizdən yas saxlamağımızı istəyir. “İmam Hüseynə yerlər ağlar, göylər ağlar” sözü var. Eşq-mərhəmət olmasa, biz qəddarlaşarıq. O sevgini Allah bizdən almasın.
- Həccə getmək haqda düşünürsünüz?
- Hə istəyirəm, gələn il üçün planlayıram. Əvvəlki illərdə ana olduğum üçün bu arzum reallaşmayıb. Allah mənə övlad qismət edibsə, birinci analıq borcumu yerinə yetirməliyəm.
- Deyirlər ki, Həccə getməkdənsə, yetimə, imkansıza əl tutmaq daha yaxşı addımdır...
- Həcc ziyarəti vacibdir. Onun da əməlləri var. Mənim boynumda bu ziyarət var. Elə insan var ki, borc alır, evdəkiləri ac qoyub ziyarətə gedir. Bu da düz deyil. Mənim isə Həccə getməyə imkanım var.
- Xına mərasimlərini təşkil edirsiniz. Mərasimlər necə keçir?
- Çalışıram məclisdə hamısı xanım olsun. Bəzən fotoqrafımız və ya ofisiant oğlan olur, bu qaçılmaz haldır. Mərasimlərdə gəlinin xəbəri olmadan sürprizlər edirəm. Musiqiçilərim peşəkardır, mahnılar oxuyuram, dj gətirib diskoteka edirəm. Bizim məclisdə hər şey var.
- Həmkarınız Elnarə Xəlilova ilə işbirliyiniz necə alındı?
- Elnarənin yarımsaatlıq çıxışını mərasim yiyəsinə hədiyyə edirəm. Gözəl rəqqasəmiz Oksana da gəlib çıxış edir.
- Keçmiş “W trio”nun üzvləri arasında soyuqluq yaşanır. Sizin digər üzvlərlə münasibətiniz necədir? - Natavan, Röya, Elnarə ilə də danışıram. Anamın 40-ı ərəfəsində rayonda olduğum üçün ötən il Natavanın konsertində iştirak etmədim. Hamısı ağıllıdır, barışmaq barədə onlara məsləhət vermirəm. Allah hidayət etsin. Mənim deməyim, yersizdir. Mənim sözümlə həll olmayan məsələni dilimə gətirmərəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|