"Mən yaşadığım həyatı indi Aysun yaşayır" - Rəqsanə
Tarix: 12-11-2015, 10:09 |
Çap et
Müğənni Rəqsanə qızı Aysundan və onun atasından danışıb. Müğənni bildirib ki, 4-5 il ailəsinin dağılmaması üçün çaba göstərsə də, nəticə onun arzuladığı kimi olmayıb.
Gecce.az xəbər verir ki, bu barədə Rəqsanə "Bizimləsən" verlişində danışıb:
"Çox çalışdım Aysun atasız qalmasın, mümkün olmadı. Mənim vaxtilə yaşadığım həyatı indi Aysun yaşayır. Qızım atasın axtarır".
Söhbətə müdaxilə edən teleaparıcı Zaur Baxşəliyev bunları deyib: "Rəqsanədə, qızıda yaxşı bilir atası hardadı. Amma cəhdləri bəzən alınır, bəzən alınmır".