Azərbaycanlı müğənninin avtomobili cərimə meydançasına aparıldı
Tarix: 25-11-2015, 10:15 |
Çap et
Müğənni Mehin Hümbətovanın avtomobilini polis cərimə meydançasına aparıb.
Axşam.az-ın məlumatına görə, ifaçı əməkdaşımızla söhbətində heç bir qayda pozuntusu etmədiyini bildirib:
“Səhərimi cərimə meydançasına getməklə başladım. 5 illik sürücülük həyatımda ilk dəfə bu qədər mədəni və təmkinli yol polisi əməkdaşı görürdüm. Hətta o qədər mədəni idi ki, heç bir etiraz etməyə üzüm gəlmədi. Quzu balası kimi cərimə meydançasına qədər maşını özüm sürdüm. Sonra da taksiyə minib işə gəldim. Çox sakitəm, əhvalımda yerində. Heç bir qayda pozuntusu etməmişdim. Sadəcə, müddəti keçmiş ödənilməyən cəriməm var”.