Aparıcı Zemfira Adıgözəlova rejissor Nail Naiboğlunin “Stop” layihəsinin qonağı olub. SİA-nın verdyi xəbərə görə, aparıcı şəxsi həyatı ilə bağlı ilk dəfə danışıb: "Obrazımla bağlı mənə heç kim stop demir. Efirdi, işıqlar sönəndən sonra mən evimin xanımı oluram. Heç o qadağanı qəbul da edə bilməzdim. Mən evdə tam başqayam. Yemək də bişirirəm, sabaha hazırlıq da edirəm. Həyat yoldaşımla eyni universitetdə təhsil almışdıq. O məndən bir kurs yuxarı oxuyurdu. Orada tanış olduq, evləndik”.
Z.Adıgözəlova güclü cinsin nümayəndələrindən aldığı təklifləri də etiraf edib: "Səhnəyə çıxan insanı kənardan bəyənmək normaldır. Kimsə dostluq, kimsə də sevgili olmaq təklifləri edir. Niyə rola girib, yalandan deyim ki, "Yox mənə belə təklif gəlmir". "Seksual Zemfira" adını qazanmışam. İndi bu adı qazanmaq üçün başqaları özlərinə əl qatır".