"Şükür edirəm ki, xalq mənimlə maraqlanır" - Xalq artisti
Tarix: 21-12-2015, 08:45 |
Çap et
Hər yerdən mənə zəng edirlər, səhhətimlə maraqlanırlar.
Bu sözləri xalq artisti Yalçın Rzazadə səhhətində yaşanan problemlər haqda Axar.az-a danışarkən deyib. Xalq artisti onun üçün hamının narahatlıq keçirdiyini bildirib:
"Hazırda müalicəm davam edir. Bu yaxınlarda Türkiyədə ağır ürək əməliyyatı keçirdim. Təzyiqim də yüksəkdir. Şükür edirəm ki, xalq mənimlə maraqlanır. Dünyanın dörd tərəfindən mənə zəng edirlər, səhhətimlə maraqlanırlar. Məni yaşadan da elə bu xalq sevgisidir".