Məşhur xanım müğənninin meneceri "Qala" qrupunun rəhbəri, müğənni-bəstəkar Ceyhun Qalaya hücum çəkib. Söhbət Ceyhun bəyin adını bəlli etmədiyi müğənni xanıma satdığı mahnıdan və onun ətrafında yaranan münaqişədən gedir.
Gecce.az xəbər verir ki, bu barədə C.Əliyev "10lar" verlişində danışıb:
"Mən kişiyəm. Mənim üstümə niyə xanımları göndərirsiz? Mənim üstümə adam göndərməklə məni şantaj edir. Yazdığı mesajlar mənim telefonumdadır. Baxmayaraq ki, tanınmışdı, hamının zəhləsi gedir ondan. Hamı qorxusundan özünə gülərək, heç nə demirlər. İki xanım üstümə gəlimişdi. Ondan əvvəldə onun mühafizəçisiydi, sponsoruydu bilmdəim, o gəlmişdi. Neyləyəcəksən? Öldürəcəksən məni? Bir pişiyə belə daş atmamışam. Sən məni nə ilə qorxudursan?".
Ceyhun bəy tərəddüdlə həmin xanımın adını çəkməyi rəva bilmədi:
"Kişi kimi mənə onun adını açıqlamaq yaraşmır. Mən utanmaq istəmirəm, qoy o utansın. Getsin Allaha yalvarsın ki, kimin evini dağıdıbsa, onun günahlarını bağışlasın. Sən Allah bəndəsisən, bu gün zirvədənsənsə, sabah alçala bilərsən. Mahnı üstündə bu qədər mübahisə yaradıb. Mahnını satmışam onlara və aramızda müqavilə imzalanıb. Demişdim ki, bir il ərzində bu mahnını oxumasan, başqa birinə satacam. Başqa müğənni də mənə boğazından kəsib pul verir. Heç mahnını alan müğənninin bu hadisədən xəbəri yoxdur. Mahnını artıq satmışam. Onlar da gedib məhkəməyə müraciət ediblər. Onlara da müqavilənin və imzaların olduğunu bildiriblər. Məhkəmədə qalib gəldim. Amma əks tərəf verdiyi pulu geri istəyir. 1000 manat pul vermişdi mahnıya. Əgər o mahnını oxusaydı, 1000 manatın 10 qatını qazanardı. Guya bu Şakiradır, üstümə adam göndərir. Mən Rembo deyiləm, qalxıb göyə əlimə avtomatomat alıb, qırıb keçim. Amma hər şey qanun çərçivəsində olmalıdır. Onun verdiyi pulu mən özümə götürməmişəm. Aranjemana vermişəm hələ borclu da qalmışam. Ağacdan pul dərirəm ki, əvəzində ona pul verəm. Onun maşınının təkərinin biri 3-4 min manatdır. 1000 manata görə oyun göstərir. Yeni layihəm var. Onu başqa dövlətdə təqdim etməyi planlaşdırırıq. Bu işlərlə stimul tapıram".