Modelyer Fəxriyyə Xələfova Nail Naiboğlunun “STOP” layihəsində qonaq olub. SİA-nın verdiyi xəbərə görə, modelyer maraqlı açıqlamalar verib: “Ən gözəl geyimləri özüm üçün tikirəm. Kolleksiyamdakı bütün geyimlərdə payım var. Hansısa modelyer məni geyindirməyi düşünməsin. Bu, onun üçün böyük sıçrayış ola bilöər. Mən heç vaxt bu eksperimenti edə bilmərəm. Onu da xüsusi ilə qeyd edim ki, ancaq öz kolleksiyamdakı ətirlərdən istifadə edirəm”.
Modelyer xanım bir nömrə olduğunu da dilə gətirib: “Heçvaxt nömrə 1 iddiasında olmamışam. Mənim gördüyüm işlər onsuz da birincidir. Qaldı ki, dəb ikonası məsələsinə düzü bu təqdimatla rastlaşmamışam. Heç marağında da deyiləm. Çünki mən Azərbaycanın əməkdar incəsənət xadimiyəm. Mənim üçün önəmli olan budur”.